Vəziyyət fəlakətli ola bilər...
Alimlər xəbərdarlıq edir ki, 48500 ildir Arktikanın donmuş torpaqlarında qalan “zombi” virusları yenidən canlana bilər.
TurpKimi.com xəbər verir ki, dünyada orta temperaturun dayanmadan yüksəlməsi hamıya məlumdur. Xüsusilə, qütblərdə temperaturun sürətlə artması alimləri çox narahat edir.
Alimlər bildirirlər ki, donmuş halda olan viruslar iqlim dəyişikliyi və qlobal istiləşmə nəticəsində yenidən canlana və müxtəlif xəstəliklər yayıla bilər.
Odur ki, alimlər 48500 ildir Arktikanın əbədi buzlaqlarında qalan “zombi” virusları yenidən dirçələcəyi ilə bağlı xəbərdarlıq edir.
Hazırda tədqiqatçılar indi donan bakteriya və virusların insanlar üçün nə qədər riskli ola biləcəyini dəyərləndirməyə çalışırlar. Çünki naməlum qədim virusun dirçəlməsi nəticəsində vəziyyət fəlakətli olacaq və onun tez bir zamanda müalicəsi mümkün olmayacaq.
Son araşdırmada fransız tədqiqatçısı Jean-Michel Claverie və komandası donmuş torpaqdan bir neçə qədim virusu, o cümlədən 27.000 illik permafrost nümunəsində tapılan nəhəng bir virus növü (Pithovirus) izolə edərək canlandırmağı bacarıblar. Dondurulmuş virusların təsirlərini araşdıran elm adamları, canlanarkən onların günümüzün dərmanları ilə asanlıqla idarə oluna biləcəyini və heç bir təhlükə yaratmadığını söyləyirlər. Ancaq nəzarətdən çıxan viruslar insanlar üçün təhlükəli olacaq.
Firuzə Alimova / TurpKimi.com