Bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb.
Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.
Bundan başqa, bu ilin yanvar-may aylarında ölkədə 24 690 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2-dən 6,0-a düşüb.
TurpKimi.com