5 dəqiqədə stresdən xilas olub sakitləşməyin yolu - Uzaq Şərq metodu


Gündəlik problemlər, iş həyatında yaşanan gərginliklər istər-istəməz insanı stressə salır. 

5-deqiqede-stresden-xilas-olub-sakitlesmeyin-yolu
03.12.2022 10:32 2 dəq oxuma

TurpKimi.com yüz illərdir ki, Uzaq Şərqdə stresdən yaxa qurtarmaq üçün istifadə edilən metodları təqdim edir:

Nəfəs almağınıza nəzarət edin

Qarnınıza doğru dərindən nəfəs alın. Nəfəsinizi bir neçə saniyə saxlayın. Yavaş-yavaş 5-ə qədər sayaraq nəfəs verin. 4 dəfə təkrarlayın. Nəfəsin nəzarət ediləcək bir tərzdə alınması stressi azaldır, immunitet sistemini gücləndirir, diqqəti artırır. Uzaq Şərqdə yüz illərdir ki, istifadə edilən və "pranayama" adlandırılan kontrollu nəfəs alma tərzinin faydaları elmi araşdırmaların maraq dairəsinə çevrilib.   

Ahəngli nəfəs alma üsulu 

Sadəcə olaraq bir nəfəs alma üsulunu öyrənmək istəyirsinizsə,  bunu təcrübədən keçirin. 
Bir dəqiqə ərzində 5 dəfə  nəfəs almağa əsaslanan bu metodun son dərəcə sakitləşdirici və asan olduğunu görəcəksiniz. 

Ayaqüstə durun və ya uzanın. Əllərinizi qarnınızın üzərinə qoyun. Ağzınızı bağlayın. Bu metodda nəfəsinizi burnunuzdan alıb  verin. Yavaş-yavaş 5-ə qədər sayaraq qarnınıza doğru nəfəs alın. Əllərinizin altında qarnınızın şişdiyini hiss edəcəksiniz.  

Nəfəsinizi tutub 2-yə qədər sayın. 6-ya qədər sayaraq nəfəs verin. Nəfəsinizin qarnınızdan boşalmağa başladığını hiss edin.  Bu məşqi gündə 5 dəqiqə ayırıb edin. Zaman-zaman 20 dəqiqəyə qədər artırın.   

HA nəfəs alma üsulu

Enerjinizin azaldığını düşündüyünüz zaman bu metoddan istifadə edə bilərsiniz. Ayaq üstə durun. Dirsəklərinizi bükün. Qollarınızın dirsəklərdən yuxarısı bədəninizə yapışsın. Dirsəklərdən aşağı tərəfi isə 90 dərəcə bucaq altında əlləriniz dümdüz  tavana baxar şəkildə qaldırın.  Nəfəs alarkən dirsəklərinizi geriyə doğru çəkin, sinənizin xəfif önə çıxdığını hiss edin.

Nəfəsinizi sürətli şəkildə HA səsi çıxardaraq verin, eyni zamanda da əllərinizi aşağıya doğru çevirin və dirsəklərinizi başlanğıc nöqtəyə gətirin.  Dirsəkləriniz çox da irəli və geri getməsin. Vücudunuzla eyni vəziyyətdə dursun. 10-15 dəfə bunu təkrarlayın.   

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 11-04-2021