Pierre Dukanın adından ilhamlanaraq hazırladığı Dukan diyeti əsasən zülallı qidalanma stilidir.
TurpKimi.com digər diyetlərə bənzəməyən Dukan diyeti haqda oxucuların bilməli olduğu bəzi məlumatlar haqda yazacaq.
Dukan diyeti dörd mərhələdən ibarətdir:
Hücum mərhələsi:
Dukan Diyetinin ilk və ən əhəmiyyətli mərhələsi 1 həftə ilə 10 gün arasında tətbiq olunur. Orqanizmə yüksək nisbətdə zülal yükləməsi edilir. Bunu heyvan mənşəli qidaların çoxluq təşkil etdiyi bir növ zülal hücumu kimi qəbul edə bilərsiniz. Hücum mərhələsinin ən çətin tərəfi isə diyet menyusunda bu müddət ərzində zülal xaricində hər hansı bir tərəvəz, meyvə, yaşıllıq istehlakının qəti şəkildə olmamasıdır.
Seyir mərhələsi:
Uzun diyet müddətinin başlanğıc nöqtəsidir deyə bilərik.Vücud 10 günlük zülal hücumu sayəsində arıqlamaq seyrinə keçmiş vəziyyətdədir. Sürətlə çəki itirmə dövrü kimi təcrübədən keçirilir. Kitabda yazılan 28 növ tərəvəzi əlavə edərək, hücum mərhələsində olan yeməkləri yeməyə davam edilir. Burada diqqət etməli olduğunuz nöqtə isə qarğıdalı, kartof kimi nişasta nisbəti yüksək tərəvəzlərdən qəti istifadə etməməkdir.
Gücləndirmə mərhələsi:
Çətin bir prosesdən sonra hədəfə gedilən ən son pillələrdən biridir. Bu müddətdə artıq çəki vermə prosesi dayanmışdır. Hər 1 kilo üçün 5 günlük gücləndirmə diyeti tətbiq olunar. Yulaf isə bu mərhələdə zəruri olan təməl qidadır,paylarınıza gündə 2-3 qaşıq yulafı daxil etmək vacibdir. Gücləndirmə mərhələsinin irəliləyən həftələrində az miqdarda meyvə istehlak etməyə başlanar və qidalanmaya müəyyən fasilələrdə mükafat menyular daxil edilər.
Qoruma mərhələsi:
Bu son mərhələdə çəkini qorumağa fokuslanır, müddətsiz şəkildə davam edir. Həyat tərzi kimi qəbul edilir.
Gücləndirmə mərhələsinin qaydaları izlənilir, ancaq çəki sabit qaldığı müddətdə qaydalar yumşaldıla bilər. Yulaf, bəslənmənin imtina edilməz bir ünsürü kimi hər gün nizamlı şəkildə istehlak edilməyə davam edilər. Buna əlavə olaraq həftədə bir gün yüksək nisbətdə zülala yer verilməlidir.
Gün ərzində ən azı 20 dəqiqə yürüş və 6 stəkan su istehlak edilir. Həyatınız boyu Dukan diyetini həyat tərzi kimi qəbul edib, əməl edirsiz.
Vüsalə Əlövsətqızı, TurpKimi.com