5 yaşından sonra uşaqlarınızı bu 10 həkimdən keçirin - Yoxsa GEC OLACAQ


Heç nə gec olmamış uşaqların sağlamlığını nəzarətdə saxlayın.

5-yasindan-sonra-usaqlarinizi-bu-10-hekimden-kecirin
11.04.2019 22:25 3 dəq oxuma

Valideynlər uşaqlarını kiçik yaşlarından etibarən diş və göz həkiminin müayinəsinə aparırlar. Lakin kiçiklər üçün böyüklərin ehtiyac duyduğu analiz və müayinələr haqda düşünmürük.

TurpKimi.com bildirir ki, müxətəssislərə görə uşaqların sağlam inkişafı üçün 5 yaşından sonra onlar mütləq 10 həkimin müayinəsindən keçməlidirlər.

1 – Diş

Hər uşaq məktəbdən əvvəl ildə ən azı bir dəfə diş həkiminə aparılmalı, çürük dişlər müalicə edilməlidir. Dünya Sağlamlıq Təşkilatı və Dünya Diş Həkimləri Birliyinin yayımladığı məlumatlara görə, ağız və diş sağlamlığı ürək-damar problemlərindən diabetə kimi bir çox xəstəliklərin yaranmasına təsir edir. Bu xəstəliklərin müalicəsində ağız sağlamlığının rolu çox böyükdür.

2 – Eşitmə testi

Uşaqların eşitməsində seçilməyəcək dərəcədə, amma çox vacib problemlər olur. Tənəffüs yolu infeksiyalarından tutmuş yüksək səslə musiqi dinləmə vərdişlərinə kimi bir çox səbəb eşitməsinin zəifləməsinə zəmin yaradır. Eşitmədə yaranan problem uşağın dil və danışmasına, fikrini cəmləməsinə, zehni inkişafına və dərsi qavramasına mənfi təsir edir. Ona görə də məktəbə getməzdən əvvəl övladınızın eşitməsini mütləq yoxladın.

3 – Xolestrolun ölçülməsi

Təəssüflər olsun ki, artıq xolestrol uşaqlarda da rast gəlinən sağlamlıq problemidir. Bu, genetik olmaqla yanaşı, zərərli qidalanma vərdişi qanda artan yağların 9 yaşdan etibarən damarlara ziyan verməyə və sərtləşmənin tez başlamasına səbəb ola bilir. Xüsusilə də birinci dərəcəli qohumlarında infark, ürək-damar xəstəlikləri, anjiyo olunan ailə üzvü varsa, həmin ailədəki uşaqların qandakı yağlarına mütləq baxılmalıdır. Hətta ailəsində bu kimi sağlamlıq riskləri olan uşaqlar 2 yaşında müayinə edilib az yağlı qidalarla qidalanmalıdır.

4 – Gözlərin müayinəsi

Uşaqlarınəksəriyyətində göz xəstəlikləri sürətlə artıb. Problem asanlıqla görünmədiyi üçün hər uşağın 3 yaşından etibarən göz həkiminə getməsi və müayinə olunması lazımdır. Hətta məktəbə gedəndən sonra gözlər davamlı müayinə olunmalıdır. Göz problemi baş ağrısı və diqqətin pozulması kimi bir çox problemlərə yol açır.

5 – Qanın müayinəsi

Qan azlığı problemi də artıdğı üçün uşaqlarda anemiyanın olub-olmadığını yoxlamaq mütləqdir. Tez aşkarlanıb müalicə olunduqda infeksiyalara yaxalanma, halsızlıq, fiziki yorğunluq və zehni inkişafda geriləmə kimi sağlamlıq problemlərinin qarşısı alınmış olacaq.

6 – Onurğa sütununun müayinəsi

Günümüzdə uşaqların kiçik yaşlarından etibarən uzun müddət tablet və kompüter arxasında oturması, səhv duruş, ağır və yalnış bel çantalarından istifadə boyun və bel ağrılarına səbəb olur. Odur ki erkan yaşda skalyoz adlanan onurğa əyriliklərinin müəyyən edilməsi inkişaf dövründə xəstəliyin müalicə edilməz hala gəlməsinin qarşısını alır.

7 – Köklük

Müasir dövrün ən dərdli problemlərindən biri olan köklük təəssüf ki, uşaqların da qarşı-qarşı qaldığı ən böyük risklərdən biridir. İnsulinin və təzyiqin yüksək olması, ikinci dərəcəli diabet kimi uşaqların fiziki sağlamlığı ilə yanaşı psixi səhhətinə, sosial həyatına, məktəbdəki fəaliyyətinə mənfi təsir edir.

8 – Allergiya

Son zamanlar allergiya uşaqlarda çox rast gəlinən xəstəliklər arasında yer alır. Allergik reaksiyalar çox vaxt soyuqdəymə və yuxarı tənəffüs yolu infeksiyaları ilə qarışdırıldığı üçün vaxt itkisinə gətirib çıxarır. Ona görə də tez bir zamanda həkimə müraciət edib müalicəya başlamaq lazımdır.

9 – İdmandan əvvəl yoxlama

Davamlı idman edən uşaqların fiziki, zehni, ruhsal və sosial inkişafları məktəbdə uğur qazanmalarında  böyük rol oynayır. Lakin övlaldınızın xroniki xəstəliyi olmasa belə idmana getməzdən əvvəl mütləq kardioloqa göstərilməsi, müayinə olunması, lazım gəlsə qandan analiz verməsi lazımdır.

10 – Uşağın davranışlarında pozulmalar

Uşaqda yaşı ilə bağlı davranışda pozulmalar, dırnaq yemək, hiperaktivlik, yalan danışmaq, oğurluq etmək kimi problemlər, gələcəkdə narahatlıq və depressiya gətirib çıxara bilir. Məktəbdə nəyisə bacara bilməmək narahatlığı, bununla yanaşı ailədə boşanma, maddi sıxıntı, laqeydlik, istismara məruz qalmaq kimi problemlər də varsa, uşaq bunlardan çox təsirlənir. Bunlar nəzərdə keçirilərək uşağa və ailəsinə mütəxəssislər tərəfindən dəstək verilməlidir.

Əziz valideynlər, övladlarımızı yaşana biləcək bütün xəstəliklərdən zamanında uzaqlaşdıraq.

Firuzə Alimova / TurpKimi.com