İki qütblülük insanların enerji səviyyələrini, ruhi vəziyyətlərini, ictimai fəaliyyətlərini və hətta gündəlik vəzifələrini yerinə yetirmələrinə təsir edir.
Bütün dünyada bipolar pozğunluğun əsirinə çevrilən təxminən 46 milyon insan var. Biz fərqində olmasaq da özümüzdə, ya da ətrafımızdakı insanlarda düzgün olmayan hərəkətlər varsa, bu xəbərdarlıqlara qulaq asın.
TurpKimi.com xarici mediaya istinadla bipolar pozuntunun simptomlarını təqdim edir:
Aşağıdakı simptomlar ayrı-ayrı və ya hamısı müşahidə edilə bilər. Müalicə edilmədiyi təqdirdə iki qütblülük, depressiya, hiperaktivlik və şəxsiyyət pozğunluğu kimi digər beyin xəstəliklərinə yol aça bilər. Bipolar pozuntunun 7 əsas əlaməti aşağıdakılardır:
1. Yata bilməmək
Bipolar pozuntu varsa, yuxu nizamınız dəyişə bilər və həftələrlə davam edən yuxusuzluq probleminiz həyat keyfiyyətinizi aşağı salar. Yuxu ehtiyacınızın azalması bütün gün yorğun hiss etmənizə səbəb ola bilər.
2. Fokuslana bilməmək
Bipolar insanların harada olduğundan asılı olmayaraq asanca diqqəti dağılar. Bu, bipolar pozuntusu olanların ruhi vəziyyətinin dəyişməyindən qaynaqlanır. Bir işə fokuslanmağa çalışdıqlarında ağıllarından çıxmayan bir düşüncə onları rahat buraxmaz və başqa şeylər etməyə başlayarlar. Bu, insanların işlərini sonlandırmağa maneə törədə bilər.
3. Həddindən artıq güvənmə, özündən razılıq
İnsanlar bipolar pozuntu ilə üzləşəndə özlərini yersiz olaraq çox önəmsərlər. Hər kəsdən üstün olmaq və məğlub olunmaz hiss etməklə "Alçaq dağları mən yaratdım" ədasıyla lovğalana bilərlər. Getdikcə güclərinin artdığını və hamıdan irəlidə olduğunu düşünərlər.
4. Çox sürətli və çox düşünmək
Bipolar olan insanlar çox sürətli və çox fikirləşirlər. Beyinlərində sürətli şəkildə düşüncələr bir-birini əvəz edər. Bu vəziyyət, onların şüuruna təsir edə bilər, onların gündəlik həyatlarını yaşamalarına və duyğularına nəzarət etmələrinə mane olar.
5. Həddindən artıq danışmaq
Bipolar insanlar digər insanlarla danışarkən də yarışarlar. Bir mövzudan digərinə asanca keçə bilər, sonu gəlməyən söhbətə başlaya bilərlər. Uzun müddət danışmaq və bir çox mövzuya toxunmaqda istəklidirlər. Hətta yüksək səslə danışaraq bir çox insanı da bu söhbətə daxil etməyə meyillidirlər.
6. Ruhi vəziyyətin tez-tez dəyişməsi
Bipolar pozuuntusu olan insanların anidən vəziyyətləri dəyişə bilər.
7. Son dərəcə əsəbi hiss etmək
Bipolar insanlar səbəb belə olmadan özlərini həddindən artıq dərəcədə əsəbi hiss edə bilərlər. Ən kiçik şeylər belə onları əsəbiləşdirə bilər və partlamaqlarına səbəb ola bilər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 21-11-2019