6 yaşında şizofreniya xəstəsi atası tərəfindən dağa atıldı - Milyonlara örnək olacaq həyat yaşadı


Şizofreniya xəstəliyindən əziyyət çəkən ata 6 yaşlı oğlunu Toros dağına aparıb və onu tək qoyaraq tərk edib. 

6-yasinda-sizofreniya-xestesi-atasi-terefinden-daga-atildi
21.03.2021 13:48 5 dəq oxuma

Türkiyənin Konya şəhərində yaşayan  46 yaşlı Həsən Hüseyn Kahriman  şizofreniya xəstəsi atası tərəfindən 6 yaşında olarkən "cəsarətli uşaq olsun" deyə, Toros Dağlarına buraxılıb. 

TurpKimi.com türk mediasına istinadla xəbər verir ki,  hazırda 46 yaşı olan Kahriman uşaqlıqda yaşadıqlarından heç də peşman olmadığını və atasını buna görə günahlandırmadığını açıqlayıb. 

Zamanla  vəhşi mühitə alışan Kahriman indi sərt qış şərtlərində belə zirvələrə çıxır və bir neçə gününü dağda  keçirir. 9 il çöl həyatı yaşayan Kahriman  "Heyvanların yediyi otları yeyib, qarınımı doyurdum. Canavarları  izləyib onlardan  ovlamağın sirlərini öyrəndim. Bir ilanın həyatını xilas edəndən sonra  ov etməkdən imtina etdim. Məni dağa buraxdığı üçün atama hirslənmədim. Atam  insanlardan çox zərər gördü. Məni də insanlardan qorumaq üçün dağa buraxdığını düşünürəm"- deyib. 

Kahriman heyvanlardan heç qorxmayıb, hazırda da uşaqlığındakı kimi özünə ağaclardan daxma tikir.
Atasının Balçılar Məhəlləsindən 10 kilometr uzaqda, Toros Dağlarına buraxdığını izah edən Həsən Hüseyn Kahriman bunları deyib: "6 yaşındaykən bir gün atam məni kəndimizdən 10 kilometr uzağa apardı. "Oğlum sən bu gün burada yatacaqsan" dedi. Səbəbini soruşdum. Cəsarətli  bir uşaq kimi böyüyəcəksən dedi. 

Qorxmaq heç ağlıma da gəlmədi. Atamın söylədikləri ağlıma gəldi. Ağappaq çiçəkləri görəndə onları yığmağın  sevinci vardı içimdə. Kənddə olarkən dünyanı görə bildiyim qədər sanırdım. Dağlara gəldiyimdə dünyanın nə qədər böyük olduğunu fərq etdim. Dağda keçirdiyim ilk gecə də ağılıma heç qorxu gəlmədi. Bir siçan gəldi, yanımdan keçdi getdi. Gecə yağış yağdı və mən neylonun altına sığındım, eləcə yatdım.

Səhər açılanda  atam gəldi, məni gördükdə  sevindi. Sonra məni elə hey dağlarda qoyub getdi. Bal arılarımız və toyuqlarımız vardı, davamlı olaraq mən onların yanında yaşadım. Uşaqlara yaxınlaşmağa qoymazdı məni, yaxınlaşanda  da məni döyərdi. Mənim iki yoldaşım vardı, bir itim, bir də eşşəyim. Onlarla birlikdə zamanımı keçirdim".
Dağda yaşamağa başlayanda heyvanları izləyərək həyatda qalmaq üçün taktikalar öyrəndiyini söyləyən Kahriman "Artıq dağlarda yaşaya biləcəyimi anladım, heyvanların yediyi otları yedim. Qurdları izləyərək ovlama taktikasını öyrəndim. Ovlamağı öyrəndikdən sonra, bir daha dağlardan kəndə dönmədim.

Kəndlilər məni dağlardakı izlərimdən tanımağa başladı. Dağlarda gəzərkən bir çox şey tapdım. Jips mədən deyilən daşdan özümə ayna düzəltdim. 9 il tək dağda yaşadım. İnsanlardan həmişə uzaq qaldım. Mən bu həyatımı sevirəm. Təbiətdə olduğum zaman kədəri unuduram. Həmişə xoşbəxt oluram. Həyatda insanlar yalan danışır, aldadır. Amma təbiətdə belə bir şey yoxdur. Çöl heyvanlarında belə bir şey yoxdur. Hər kəs ayıdan və donuzdan qorxar. Mən onlarla dost kimi  yaşaya bilərəm" - dedi.

“Əsgərliyə gedib gəldikdən sonra evləndim, bir də oğulum oldu. Sonra mən ov etməkdən soyudum. Əvvəllər pulumuz, paramız yox idi,ət ala bilməzdik. Amma artıq dövr dəyişdi, ovlamağa ehtiyac qalmadı. O dövrdə sulama hovuzuna bir ilan girmişdi. Oğlum görüb qorxaraq məni çağırdı.

Öldürmək üçün getdiyimdə, ilanın həyatda qalmaq üçün necə səy göstərdiyinə şahid oldum. Sonra onu xilas etməyə qərar verdim. Öldürmək üçün yanımda gətirdiyim çubuqla ilanı qurtardım. Udduğu suyu çıxardım. İlan özünə gəldi və təbiətə döndü. O an düşündüm. O qədər ov edib, heyvanları öldürdüm. Bir ilanın həyatını qurtarmaq qədər zövqlü deyildi. Təbiətdə ovdan daha zövqlə ediləcək şeylər var". 

AĞAC BUDAQLARINA HEYVANLARIN  YEMƏSİ ÜÇÜN ALMA ASIR 

Heyvanların həyatı üçün bir çox layihə hazırladığını deyən Həsən Hüseyn Kahriman "Yenə dağda yaşayarkən, fırtına olanda  quşların yemək tapa bilməyib, öldüklərinin şahidi oldum. Sonra onları həyatda saxlamaq üçün, quru ağac budaqlarına alma taxaraq onları doyurdum. Heç görmədiyim quşlar gəlib, o almalarla bəsləndi.

İndi isə Türkiyənin bir çox yerində mənim etdiklərimi görən insanlar eyni şəkildə quşları bəsləməyə başladı. Bu da məni çox xoşbəxt etdi. Bütün çöl həyatı, təbiət, heyvanlar və insanlar bir tarazlıqdır. Bu heyvanlar varsa, biz də varıq. Biz varıqsa bu heyvanlar da var. Yaşayarkən yaşatmalıyıq. Bunu bəyənən bir universitet mənə  kristal bir alma hədiyyə etdi”. 

ATAMA QARŞI KİNLİ DEYİLƏM

Məni dağa buraxdığı üçün atama qarşı hirsli deyiləm. Atamın şizofreniya xəstəsi olduğunu bilmirdik ki. Atam başqa bir dünyanın insanı idi.

İnsanlar, atamı həmişə aldadırdılar. Onun bütün insanlardan zərbə yeyə-yeyə, məni insanlardan ayrı yaşasın deyə, dağa buraxdığını təxmin edirəm. Sonra atamın 86 faiz şizofreniya xəstəsi olduğunu öyrəndik". 

DAĞDA 98 MİLYON İLLİK  FOSİL YATAĞI TAPDI 

2018-ci ildə, Maral Dağlarında 98 milyon illik  fosil yatağı tapan Həsən Hüseyn Kahriman belə deyib: "Son dövrlərdə internet istifadə etdiyim üçün gəzdiyim dağları paylaşdım. Mənə 9 Eylül Universitetindən Prof. Dr. Sacit Özer xəbər göndərdi. Dağlarda gəzərkən, qalıq kimi şeylər görsən mənə bildir- dedi.

(Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir-Red).

Maral Dağlarında gəzintiyə çıxdığımda dağın ətəklərində bir qaya parçasında qalıq gördüm. Fotoşəkilini çəkib göndərdim. Həmin qayanı tapmağımı söylədi.  Sən demə 98 milyon illik Rudist qalıqlarını tapmışammış."

ABİDƏ AĞACININ KÖNÜLLÜ GÖZƏTÇİLİYİNİ EDİR 

Türkiyənin ən yaşlı,  dünyanın isə ikinci ən yaşlı ağacı kimi tanınan  2 min yaşı olan Juniperus Foedissima növündəki "Ağıl Ardıcı" ağacına könüllü gözətçilik etdiyini də söyləyən Kahriman "Bu bölgədə Türkiyənin ən yaşlı abidə ağacı var. 2 mindən çox yaşı olan bir ağac. Hazırda bu ağacı məndən başqa nə qoruyan, nə də təmizliyini edən var.Orada insanların atdığı zibilləri təmizləyirəm. Ağacın altındakı quru otların yanma təhlükəsi olduğu üçün, o otları da biçirəm. İndiyə qədər qorudum. Bu yaxınlarda bir budağı qırıldı, kədərləndim"- dedi.

Vüsalə Əlövsətqızı, TurpKimi.com