7-dən 70-ə hər kəsin sevəcəyi pankek resepti


Səhər yeməyində, çay süfrələrində hər kəsin sevə-sevə yediyi pankek reseptini sizlərlə bölüşürük. 

7-den-70-e-her-kesin-seveceyi-pankek-resepti
04.01.2024 00:05 1 dəq oxuma

TurpKimi.com xüsusilə uşaqlarınızın səhər yeməyində imtina edə bilməyəcəyi ən asan pankekin hazırlanma qaydası haqda yazacaq. Bu şirniyyatı həm kərə yağı, bal, şokolad, cem, müxtəlif mürəbbə çeşidləri, qatılaşdırılmış süd, bəhməz və s. ilə yemək mümkündür. 

 Hazırlanma müddəti cəmi 20 dəqiqədir. 

Ərzaqlar:

2 ədəd yumurta
1 çay stəkanı şəkər tozu
1 su stəkanı süd
1,5 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanilin
2 yemək qaşığı günəbaxan yağı

Hazırlanması: 

Dərin bir qaba 2 ədəd yumurta və bir çay stəkanı şəkəri əlavə edin. Şəkər əriyənə qədər çırpın.
Qarışığın içinə 2 yemək qaşığı duru yağ və 1,5 su stəkanı südü əlavə edib qarışdırmağa davam edin.
Un, qabartma tozu və vanilini əlavə edərək qarışdırmağa davam edin.
Qarışıq hamar bir hal alana qədər çırpın. Yanmayan, yapışmayan bir tavanı qızdırın. Çox az yağladıqdan sonra qarışıqdan bir çömçə töküb bişirin. 
Pankek xəmirindən qabarcıqlar çıxana qədər bişirməyə davam edin. Sonra o biri üzünə çevirin. 

Pankekləri istədiyiniz sousla servis edə bilərsiniz. Uşaqlar daha çox şokoladla yeməyi sevirlər. 

Qatılaşdırılmış süd və kakaonu bir-birinə qatışdıraraq da xüsusi sous hazırlaya bilərsiniz. 

Bəhməz və kərə yağını birlikdə qatışdırıb xüsusi və faydalı sous da hazırlamaq mümkündür.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

12-01-2023