Fərqli ənənələrə ev sahibliyi edən Hindistan, bir çox insanların maraqlandığı ölkələr sırasındadır.
Dünyada əhali sıxlığı ən çox olan ölkələrdən olan Hindistanda az qala hər gün qeyri-adi hadisələr baş verir.
TurpKimi.com xəbər verir ki, yaxın günlərdə mədəsindən 2 kiloqram ləl-cəvahirat çıxan pika sindromlu qadın dünya mediasının gündəminə düşmüşdü.
İndi isə dişindəki qabarıqlığa görə xəstəxanaya aparılan uşağın ağızından cəmi 526 diş çıxarılıb.
Yetkin insanda cəmi 32 diş var. Əvvəl süd dişləri çıxır, sonra isə ömür boyu istifadə edəcəyimiz daimi dişlər çıxır
Hindistanda yaşayan P. Ravindran adlı 7 yaşlı uşaq diş ətindəki qabarıqlığa görə ailəsi ilə birlikdə xəstəxanaya gedir.
Uşağın probleminin nə olduğunu bilmək üçün rentgen edilib. Rentgendə isə uşağın ağızında cəmi 526 diş təsbit edilib.
Həkimlər indiyədək bu cür hadisə ilə rastlaşmadıqlarını dilə gətiriblər. Hyperdontian adlanan xəstəlik genetik faktorlardan, ya da radiasiya kimi ekoloji faktorlardan qaynaqlanır.
Çıxarılan 526 dişin boyu isə 0.1 mm ilə 15 mm arasında dəyişir. Kiçik uşağın ağızında isə əməliyyatdan sonra 21 diş qalıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com