Əlcəzairdə tibb tarixində nadir baş verən hadisə qeydə alınıb.
Qarın ağrısı şikayəti ilə həkimə gedən 73 yaşlı qadın müayinə edilib. Bildirilir ki, müayinə zamanı həkimlər qadının qarnında bərk formada döl aşkar ediblər. Dərhal əməliyyat edilən qadının vəziyyəti normaldır.
Bildirilir ki, uşaq 7 aylıq olarkən tələf olub. Lakin döl qadının qarnından təmizlənməyib. Məlum olub ki, qadın 35 ildir belə vəziyyətdə yaşayıb. Qadın bundan əvvəl həkimə gedərək müalicə olunub. Lakin həkimlər qadının qarnında döl olduğunu bilməyiblər. (Metbuat.az)