8 Mart bayram təbriklərində könülləri oxşayan - MESAJLAR


Unutmayın! Ürəkdən gələn səmimi və xoş sözlər qadınlar üçün ən dəyərli təbrikdir

8-mart-bayram-tebriklerinde-konulleri-oxsayan
03.03.2023 17:56 1 dəq oxuma
  • Möminlər üçün ən gözəl örnək sevimli Peyğəmbərimizdir. O, xanımlara qarşı hər zaman sevgi və hörmətlə yanaşmış, anlayış göstərmiş, döymək bir yana olsun, xanımlara qarşı heç vaxt kobud davranmamış, hər zaman gülər üzlü olmuşdur. Peyğəmbərimizin qadınlara göstərdiyi bu davranış hər birimizə örnək olmalıdır. Bu vəsilə ilə bütün qadınlarımızın bayramını təbrik edirəm.

 

  • Onlardan olduğumuz, həyatımızın doğumdan ölənə qədər hər anında varlıqları ilə qürurlandığımız, ehtiyacımız olduğu zaman dəstəklərini əsirgəməyən, təhsil verən, böyüdən, bizi biz edərkən ürəklərindəki sevgi və şəfqəti qarşılıqsız verən fədakar qadınlarımızın 8 Mart Beynəlxalq Qadınlar Gününü təbrik edirəm.

 

  • Qadın təbiətən zəifdir, zərifdir, amma acıya ən çox o qatlana bilir. Qadının müqavimətini qıran yeganə şey xəyal etdiyi insanın puç çıxmasıdır. Xəyyalarınızın, arzularınızın boş çıxmaması ümidiylə, qadınlar bayramınız mübarək olsun.

 

  • Sən həyatımın qütb ulduzu oldun, hara getdimsə işığının altında doğru yolu tapdım, sevginlə uyudum, səni sevirəm! Qadınlar bayramını ürəkdən təbrik edirəm.

 

  • Mənim üçün hər şeyə dözən, hər zaman yanımda olan, dəyəri üstün olan dünyanın ən gözəl qadınına; Qadınlar günün mübarək olsun!

 

  • Qadınlar insanlığın davamı üçün “olmazsa-olmaz” dediyimiz ən dəyərli varlıqlardır. Ən böyük dərdlərin dərdlisi, ən böyük xoşbəxtliklərin arxasında duran qəhrəmanlardır. Beynəlxalq Qadınlar Gününüz Mübarək!

TurpKimi.com