8 Mart Dünya Qadınlar Gününü niyə qeyd edirik? - MƏNASI və TARİXİ


Qadınların mübarizəsi günü

8-mart-dunya-qadinlar-gununu-niye-qeyd-edirik
07.03.2021 21:05 2 dəq oxuma

8 Mart Dünya Qadınlar Günü bütün dünyada qeyd edilir və qadınlarla kişilərin eyni haqlara sahib olduğunu xarakterizə edən xüsusi bir gündür. Bu gündə qadınların nə qədər dəyərli olduqları bir daha ortaya qoyulur.

Tarixə baxıldığı zaman qadınlar gerçək fərd olmanın; siyasi, sosial və iqtisadi sahələrdə bərabərliyə qovuşmağın mübarizəsini böyük bir əzim və qərarlı olmaqla aparıblar.

- Bəs qadınların son dərəcə uğurlu və adından bəhs etdirən mübarizəyə imza atdıqlarının bir nəticəsi olan 8 Mart Dünya Qadınlar Günü niyə qeyd olunur?

- İlk dəfə bu günün Klara Setkin tərəfindən qeyd edilməsi təklif edilən 8 Mart-ın mənası və tarixi əhəmiyyəti nədir?

ABŞ-ın Nyu York şəhərində toxuma fabriki... Çox ağır iş şəraiti, çox uzun iş saatı və buna qarşılıq çox aşağı əmək haqqı. Şərtlərin hər ötən gün daha da dözülməz olması qadın işçilərin artıq səbr kasasını daşdırır.

Tətil etməyə qərar verən qadınlar tələblərini açıqladılar:

-Daha yaxşı iş şəraitində işləmək;

-10 saatlıq iş günü;

-İşə uyğun əmək haqqı;

Beləliklə, fabrikin 40 min işçi daha yaxşı şərtlər daxilində işləmək tələbi ilə tətilə başladı. Bu zaman fabrikdə şübhəli yanğın hadisəsi baş verir və 129 qadın həmin yanğında dünyasını dəyişir.

Dünya Qadınlar Günü Klara Setkin tərəfindən təklif edildi...

1910-cu ildə Kopenhagendə gerçəkləşdirilən Sosialist Qadınlar Konfransında qadın və çörək mübarizəsi müzakirə edilib. Almaniya Sosialist Demokrat Partiyasından Klara Setkin bu konfransda çıxışı zamanı qadınlar üçün bir mübarizə gününün qeyd edilməsini təklif edir.

8 mart 1857-ci ildə işçilərin cənazə mərasimində 10 mindən çox insan iştirak edir. Klara Setkinin təklifindən sonra 8 martın Dünya Qadınlar Günü olaraq qeyd edilməsi irəli sürülür və təklif səs çoxluğu ilə qəbul edilir.

 İlk dəfə 1911-ci ildə qeyd edilməyə başlandı...

8 Mart Dünya İşçi Qadınlar Günü ilk dəfə 19 mart 1911-ci ildə Almaniya və İsveçrədə anılıb. Anım gününün 8 mart olaraq dəyişdirilməsinə isə 1921-ci ildə Moskvada keçirilən III Beynəlxalq Qadınlar Konfransında qərar verilib. ABŞ-da isə 1960-cı illərdə anılmağa başlanılıb. BMT isə 66 il sonra (1977-ci ildə)  8 martı Dünya Qadınlar Günü olaraq qəbul edib.

Beynəlxalq Qadınlar Günü Azərbaycanda

Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.

Firuzə Alimova / TurpKimi.com