8 MARTIN HAVASI


Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

8-martin-havasi
07.03.2020 17:27 1 dəq oxuma

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, yağmursuz olacaq. 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti müşahidə ediləcək,
Atmosfer təzyiqi normadan yüksək - 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında martın 8-də hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti olacaq. 

TurpKimi.com