BMT rəsmisi: “Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır”.
Bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qida məhsullarının təhlükəsizliyi məsələsi çox vacibdir: "Təəssüflər olsun ki, insanların aclıq içərisində yaşaması kimi problemlər mövcuddur. İqlim dəyişikliyi problemi də var. Maliyyə məsələsi də burada çox önəmlidir. Biz bu məsələləri Forumda açıq-aşkar qaldırırıq”.