9 avqusta olan hava


Sabah Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir, mülayim cənub küləyi əsəcək.

9-avqusta-olan-hava
08.08.2020 21:38 1 dəq oxuma

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz  29-34,  Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə  arabir  güclənəcək. 

Havanın temperaturu  gecə 19-24, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə  isti olacaq.

TurpKimi.com