Mükəmməl tibbi nəzarətdə saxlanılan Kraliça tarixin ən uzunömürlü ikinci monarxı olub...
İllərə meydan oxuyan, sağlamlığına xüsusi diqqət yetirən Kraliça II Yelizabeta hərəkətləri və duruşuyla hər zaman ingilis mediasının diqqət mərkəzində olub. İngiltərə kraliçası II Yelizabeta 93 yaşında olsa da, ildə neçə min dəfə iclaslarda iştirak edir, ciddi hökumət qərarlaları verir. Kraliça Yelizabet sadəcə sağlamlığı yaxşı olduğu üçün deyil, eyni zamanda mükəmməl tibbi nəzarətdə olduğu üçün özünü yaxşı hiss edir.
Qidalanmasına gəldikdə, 93 yaşlı Kraliçanın nəyi sevib sevmədiyi haqda həkimi danışıb. O bildirib ki, kraliça səhər yeməyində buğda və qarğıdalı yarması yeyir. Hərdən yeməyinə makadamiya fıstığı və qaysı qurusu əlavə edir. Səhər yeməyini səhər saat 9-da tək başına yeyir. Kraliça kartof kimi nişastalı qidalardan uzaqdır. Nahar yeməyində ispanaqlı balığa üstünlük verir. Axşam yeməklərində də həmçinin nahardakı yeməklərdən yeyir.
Kraliçanın rəsmi iqamətgahlarından biri olan Balmoral maral ətinin yeyildiyi gözəl yerlərdən biridi.
Kaliça Yelizabeta şokoladın vurğunudur. Ancaq şokoladı axşam yeməyindən sonra deyil, günorta yeməyindən sonra 3-cü çay saatında yeyir.
Kraliçanın sevdiyi digər şirniyyat mürəbbədir. Şirniyyat kimi pudinqləri də sevir, xüsusilə şaftalı pudinqini...
II Yelizabetanın həkimi qeyd edib ki, düzgün həyat tərzi yaşayırsınızsa, xəstəliklərin 80 faizində həkimə ehtiyacınız olmaz. Əgər sağlamsınızsa, orqanizminizdə ortaya çıxan problemlərin çoxunu həll edə bilərsiniz. Soyuqdəymə, kəsik, yüngül iltihablanma, yara və hətta qırıqlarla da mübarizə aparmaq olar. Əsas sağlam bədənə sahib olmaqdır.
Formada olub-olmadığınızı anlamaq üçün diqqət edəcəyiniz bəzi şeylər:
Psixoloji və fiziki dayanıqlıq
Sağlam insanlar oyanar, günlərini aktiv şəkildə keçirər və sadəcə axşamlar yorularlar.
Düz belə sahib olmaq
Bu, bədəndəki bütün əzələlərin, sinir və sümüklərin yaxşı olduğu deməkdir.
Sağlam yuxu
Sağlam insanlar tez və yaxşı yatarlar
Dəqiq görünüş
Qan dövranının yaxşı olduğu deməkdir.
İştahın yaxşı olması
Sağlam insanlar yeməyə qarşı iyrənmə hiss etməz və çox yemək istəməzlər.
Kraliça II Yelizabetanın həkimi sağlamlıqla bağlı yaranmış hər hansı problemi müəyyən etmək üçün dilə baxmağı tövsiyyə edir:
Dilin uc hissəsi qırmızıdırsa, ürək probleminiz var və ya şokolad və karbohidratli şirniyyatlar çox yeyirsiniz.
Dilinizdə boz rəngdə ərp varsa, bağırsaqların düzgün işləmədiyindən və qəbizlikdən xəbər verir. Tünd qırmızı ləkələr anemiyanın (qan azlığı) göstəricisidir. Sarı ərp qara ciyərlə bağlı problemlər var deməkdir. Dildə dərin xətlər mədə yarasının göstəricisidi.
KRALİÇANIN UZUNÖMÜRLÜLÜYÜNÜN SİRRİ
İlk olaraq qidalanma sağlamlığınız üçün ən vacib nüanslardan biridi. Uzun ömür yaşamaq istəyənlər üçün Dr. Əli aşağıdakı ipuclarını verib:
- Bacarırsınızsa, torpaqda yetişən qidalarla qidalanın.
- Təzə meyvə və tərəvəzlər yeyin.
- İçdiyiniz şirin suları alma, zəncəfil və kərəviz suları ilə dəyişdirin.
- Hər gün 6-8 stəkan su için.
- Səhərlər yüngül, lakin yumurta, badam və süzmə pendir kimi proteinlə zəngin qidalarla qidalanın.
- Günorta yeməyi gün ərzində yeyə biləcəyiniz ən kalorili yemək ola bilər. Hətta çox da şirin olmayan şirniyyat da qəbul edə bilərsiniz.
- Axşam yeməyiniz yüngül olmalıdır. Yaxşı olardı ki, axşam saat 7-dən 8-ə kimi yeməyinizi yeyib bitirəsiniz.
- Ədviyyatlı, ağır və şirin qidalardan uzaq durun. Onlar gec həzm olunur deyə, yuxunuza mane olacaq.
Düzgün duruş sağlamlığın və gözəlliyin təməlidir. Belinizi dik tutmanıza kömək edəcək 1-2 məsləhət:
- Ayağa qalxın və ya oturun;
- Başınızı dik tutun və kiminsə sizi yuxarı dartdığını düşünün;
- Çiyinlərinizi arxaya çəkin;
- Boyun və çiyin əzələlərinizin dartılmadığını hiss edənə qədər çənənizi qaldırın.
Yazılıb:09.08.2019-cu ildə...
Firuzə Alimova / TurpKimi.com