İngiltərə kraliçası II Elizabet aprelin 21-də 95 yaşına girir. 69 ildir taxtda qalan və yaşına baxmayaraq zehni və fiziki olaraq sağlam qalmağı bacaran kraliçanın sirri nədədir?
TurpKimi.com xəbər verir ki, 2021-ci il aprelin 9-da Şahzadə Filipi itirən kraliça yasın kölgəsində 95 yaşına girir. Hər hansı bir tədbirin keçirilməyəcəyini bildiriblər.
Sarayı ən yaxından tanıyanlardan olan ingilis araşdırmaçı Bryan Kozlovski yeni kitabında kraliçanın bu qədər hüzurlu, sakit olmağının sirrini açıqlayıb.
Birinci yerdə idman durur
Kitabda beş əhəmiyyətli məlumatı paylaşan Kozlovski ilk olaraq idmanı qeyd edib. Uzunömürlü həyatın sirri bir çoxlarına görə fitnesdir. Amma Kraliça üçün bu etibarlı deyil. O itləri ilə yürüşə çıxır, ya da at sürmək kimi romantik, bəsləyici idmanlara çox inanır.
Diyet və spirtli içki
Kraliça Elizabet də sadə yeməkləri seçir. Ən sevdiyi içki isə saat beşdə (17.00) içilən Darjeeling (Hindistan) çayıdır. Ona buterbrodlar və kökələr yoldaşlıq edir. Kraliça tortdan çox az bir dilim yeyir.
Mövzu spirtli içkidirsə, Kraliça gündə üç pay yüngül şəkildə istehlak edir. Bu vəziyyət işinə əsla mane olmur.
Gözəllik
Kraliçanın çox gözəl dərisi var. Mərhum həyat yoldaşı Filip isə problemli dəridən əziyyət çəkmişdir.
Kozlovskinin yazdıqlarına görə Kraliça çox bahalı markalar istifadə etmir. Xalqın istifadə etdiyi və gül südü ehtiva edən nəmləndiricilər çəkir. Makiyajı isə çox nadir hallarda edir və günəşdən ciddi şəkildə qorunur.
Beyin gimnastikası
Kitabda yazılanlara görə, Kraliça günün bir neçə saatını sənədlərə ayırır. Monarxiya ilə əlaqədar sənədləri oxuyub qeydlər götürür və beləcə beynini də gənc tutmağı bacarır. Bukinqham Sarayındakı ən sevdiyi yığıncaqlarsa Baş nazirdən aldığı brieflərdir.
Zehin sağlamlığı
Çətin vəziyyətləri belə sakit tərzdə qarşılamağı ilə tanına Kraliça Elizabet stəkana hər vaxt dolu tərəfindən baxır. Bu vəziyyət də ona mental baxımdan güc verir. Çox vaxt psixoloqların təklif etdiyi "Hər hadisədə bir fayda axtarma" metodundan istifadə edir. Yəni, hər şeyə yaxşı və dərsverici tərəfindən baxaraq bir addım irəlidə gedir.
Genlərində var
Bryan Kozlovski kitabında II Elizabetin 2002-ci ildə 101 yaşındaykən vəfat edən anası Ana Kraliça Elizabetdən (Elizabeth Angela Marguerite) də uzun yaşayacağını iddia edir. Bu vəziyyət bir az genetik olsa da, son dövrdə nəvəsi Şahzadə Harrinin Kral hakimiyyətinə qarşı çıxışı, dünyanı bürüyən koronavirus epidemiyası və həyat yoldaşı Şahzadə Filipin vəfatının Kraliçanı yorduğu deyilir.
O, 1952-ci il, fevralın 6-da Kraliça olan, həyatı boyunca bir çox hadisələri sovuşduran və dünyanın gəlmiş keçmiş ən güclü qadınlarından biri kimi qalmaqdadır.
Yazılıb: 21.04.2021-ci ildə
Vüsalə Əlövsətqızı, TurpKimi.com