Sağlam formada qalmaq və orqanizmin optimal səviyyədə işini təmin etmək baxımından A vitamini çox əhəmiyyətlidir.
A vitamini görmə, immunitet sistemi, çoxalma və maddələr mübadiləsinin normal inkişafı, ürək, ağciyər, böyrək və beynin fəaliyyətində bizə kömək edir. Ancaq rolu bununla bitmir, A vitamini hüceyrələrin sərbəst radikallardan qorunmasına kömək edən antioksidant xüsusiyyətlərə malikdir.
A vitamini hansı qidalarda var?
Somon balığı, ispanaq və digər yarpaqlı tərəvəzlər, süd, pendir, yumurta sarısı, mal qaraciyəri, brokoli, balqabaq, kök, qovun, manqo və ərik, gavalı kimi bir çox fərqli qida qaynaqlarından A vitaminini ala bilərsiniz. Səhər yeməyi üçün nəzərdə tutulan bəzi taxıl məhsulları da A vitamini ilə zəngindir.
Yetkin qadınlar hər gün təxminən 700 mikroqram (mcg), kişilər isə 900 mikroqrama (mcg) yaxın A vitamini qəbul etməlidirlər. Bəzi mütəxəssislər yağda həll olan vitaminləri həzm etməkdə problemləri olan şəxslərin A vitamininə daha çox ehtiyacı olduğunu düşünür.
Normal hallarda qidalar A vitamini üçün kifayətdir
İnsan gün ərzində normal qidalanarsa orqanizmin A vitamininə olan tələbatını ödəmiş olar. Qida möhkəmlətməsi kimi A vitaminini çox qəbul etmək ziyandır. Bəzi şəxslərin isə əlavə A vitamini möhkəmlətməsinə ehtiyacı ola bilər. Qeyri-kafi bəslənən, pankreas pozğunluğu, iltihablı xəstəlik və ya qızılca olan fərdlərin A vitamini möhkəmlətməsindən istifadə etməyi məsləhətdir.
Qida möhkəmlətməsi kimi A vitaminindən çox istifadə etmək ürək bulanması, qusma, bulanıq görmə və baş gicəllənməsinə səbəb ola bilər. Uzun müddət A vitamini qəbulu dəridə problem, oynaq və sümük ağrısı, doğum qüsurları, sümüklərin incəlməsi, qaraciyər zədələnməsi və başqa problemlərə səbəb ola bilər.
TurpKimi.com olaraq A vitamini çatışmazlığına işarə edən bəzi əlamətləri təqdim edirik:
Quruyan gözlər
Quru gözlər A vitamini əskikliyinin ilk əlamətlərindən biri ola bilər. Gözlərimiz göz səthini təmiz edən, qorumağa və sulanmağına kömək edən göz yaşı adlı maye təbəqəsi ilə örtülüb. Bu təbəqənin quruması göz yaşının keyfiyyətsiz olmasına və gözlərin qurumasına səbəb olur. A vitamini əskikliyinin ilkin əlamətlərindən biri buynuz qişada ləkələrin əmələ gəlməsidir.
Gecə korluğu
Gecə korluğu A vitamini əskikliyinin digər erkən əlamətidir.
Gec sağalan yaralar
A vitamini yaranın tez sağalmasında rol oynayan əsas komponentlərdən biridir. Çünki A vitamini bədənin iltihablanma reaksiyasını yüngülləşdirməkdə mühüm rol oynayır və həddindən artıq iltihabı bloklayır. Orqanizmdə kifayət qədər A vitamini olmadıqda yaralarda sağalma probemi yaranır.
Sinə, boğaz və tənəffüs yolu infeksiyalarında çoxalma
A vitamini əskikliyi boğaz, tənəffüs yolu və sinə infeksiyaları ilə əlaqəli ola bilər. Unutmayın lazımsız A vitamini möhkəmlətməsi qəbul etməyin, ziyanlı ola bilər. A vitamininin soyuqdəymə və infeksiyalarla mübarizədə xüsusi rolu var.
Quru dəri
A vitamini əskikliyi quru dəri, eqzama və digər dəri problemlərinin tək səbəbi deyil, ancaq rolu ola bilər. Dəriyə qulluq vasitələrinin tərkibində retinol çox məşhur bir termindir. Retinolun əslində A vitaminindən törədiyi və qırışıqları azaltmaq, dəri toxumasını yumşaltmaq kimi xüsusiyyətlərinin olduğu məlumdur. Bu əlaqəni anladıqdan sonra, A vitamini əskikliyinin dəri problemlərində rol oynaya biləcəyi aydınlaşır.
Çoxalma problemləri
Heyvanlar üzərində aparılan araşdırmalara əsasən A vitamini əskikliyinin sonsuzluq yaratdığı müəyyən edilib. Ancaq qadınlarda və kişilərdə çoxalma prosesinin keyfiyyətli getməsi üçün A vitamini əskikliyinin tam roluna dair daha çox araşdırrmaya ehtiyac var.
Bir şeyi yaddan çıxartmayın. Bu əlamətlərin olması mütləq şəkildə A vitamini əskikliyinə tam sübut deyil. İnsanlarda simptomlar fərqli şəkildə büruzə verə bilər. Ona görə də vitamin qəbul etməzdən əvvəl mütəxəssislə məsləhətləşin.
Vüsalə Əlövsətqızı, TurpKimi.com