İnsulin dirənci müasir çağın xəstəliyidir. Pandemiya ilə birlikdə oturaq iş tərzi daha da çoxaldı.
Türkiyəli endokrinoloq Dr. Safıye Arık oturaq həyat tərzinin insanların bəslənmə tərzində dəyişikliklərin baş verməsinə səbəb olduğunu bildirib. Xüsusilə piylənmə və insulin dirənci daha da artıb.
TurpKimi.com xəbər verir ki, mütəxəssisin sözlərinə görə, insulin dirənci artıq çəkili olmağa və ya kilo artımına səbəb olmaz, tam tərsinə, kilolu olmaq və ya kilo almaq insulin dirəncinin olmasına səbəbdir. Yəni kök olduğumuz üçün insulin dirənci yaranır, çəki itirsək, normal kilomuza dönsək insulin dirənci azalar.
"İNSULİN DİRƏNCİNİN ƏSAS SƏBƏBİ PİYLƏNMƏDİR"
İnsulin hamımızın bədənində doğuşdan var olan, sadə dillə ifadə etsək, pankreastan ifraz olunan və qan şəkərini aşağı salan bir hormondur. Təsirinin azalmasında və əskikliyində şəkər xəstəliyi meydana gəlir. Piylənmə ilə əlaqəli insulin dirəncinin nəticələri bunlardır; aclıq şəkərində yüksəklik (şəkər xəstəliyi olmadan), şəkər yükləmə testində 2-ci saat şəkərdə yüksəlmə (şəkər xəstəliyi olmadan), şəkər xəstəliyi (2-ci tip ), qandakı yağ (triqliserid) yüksəkliyi, yaxşı xolesterol un(HDL) aşağı olması, təzyiqin yüksək olması, şəkər həbi və ya insulin istifadə edən kəslərdə şəkər səviyyələrinin yüksəlməsi, ürək-damar xəstəliyi, polikistik over sindromu, spirtə bağlı olmayan yağlı qaraciyər xəstəliyi, bəzi xərçəng xəstəlikləri (döş, qalın bağırsaq, uşaqlıq xərçəngi kimi).
Obezite, xüsusilə də abdominal obezite dediyimiz göbək bölgəsindəki yağlanma insulin müqaviməti ilə yaxın əlaqəlidir. Başlanğıcda pankreasımız ifraz etdiyi insulin miqdarını artıraraq bu vəziyyəti, yəni insulin dirəncini düzəldər. Obezite, piylənmə ilə əlaqəli insulin dirənci olan xəstədə qan şəkəri normaldır və ya azca yüksəkdir. Lakin bir çox xəstədə bu hal davam edərsə şəkər xəstəsi (2-ci tip) olar.
ƏSL MÜALİCƏ ÇƏKİNİ AZALTMAQ VƏ İDMANLA MƏŞĞUL OLMAQDIR
Endokrinoloq müalicəni idmanla məşğul olmaq və çəkinin azalmasında görür. Metformin tərkibli dərmanlar diyabetin inkişafının qarşısını almaqda təsirlidir. Ancaq diyet və məşq qədər təsirli deyil. Buna görə əsl müalicə kilo itkisi və məşqdir.
Akdeniz diyetinin bu qrup xəstələrdə təsirli və davamlı olduğu sübut edilmişdir.
Müalicə xüsusi məşq proqramları və diyetlə dəstəklənməlidir. Orta səviyyədə aerobik məşqlərin rolu böyükdür. Templə yerimə, aşağı temp qaçış, üzgüçülük, velosiped sürmək kimi nəbzi müəyyən səviyyədə artıra bilən və davamlılığı olan məşqlər təklif edilir.
Bununla yanaşı ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edən yüksək qan təzyiqi və yüksək xolesterol müalicə edilməlidir. Metformin və pioglitazon yüksək riskli xəstələrdə, insulin müqavimətini düzəltmək və şəkər xəstəliyinin inkişafını azaltmaq məqsədi ilə istifadə edilə bilər.
İNSÜLİN DİRƏNCİNİN ƏLAMƏTLƏRİ
İnsulin dirəncinin əlamətlərini izah edən Dr. Safıye Arıkın sözlərinə görə, insulin dirənci olan bədəndə hüceyrələr qandakı qlükozanı normal şəkildə, olduğu kimi istifadə edə bilməz. Orqanizm bu vəziyyətin öhdəsindən gələ bilmək üçün pankreastan ifraz olunan insulin miqdarını artırar. Yəni qanımıza normaldan çox miqdarda insulin ifraz olunar. Həddindən artıq artan insulin qandakı qlükozanın hüceyrələrin içərisinə daxil olmasını sürətləndirər. Qan şəkərimiz normal səviyyədən aşağı düşməsə belə sürətli istehlak edildiyi üçün yeməklərdən sonra halsızlıq, şəkərli qida istehlak etmə ehtiyacı və xüsusilə yeməkdən bir neçə saat sonra həddindən artıq acma, əsəbilik, uyuşmalar, ürək ritminin artması, baş ağrısı, əl-ayaq titrəməsi kimi problemlər yarana bilər.
NƏLƏRƏ DİQQƏT YETİRMƏLİYİK?
Hər kəsin müəyyən vaxtlarda stressə məruz qaldığını söyləyən Dr. Safıye Arık bildirir ki, davamlı stress altında olan kəslərdə stress hormonları olan adrenalin və kortizol daha çox ifraz olunur. "Bu hormonlar da insulin dirəncini asanlaşdırır.
Səhər yeməyində xəmir məmulatları və bol kalorili yeməkləri seçməmək;
Mümkünsə qəhvəaltıda pendir, zeytun, pomidor, xiyar istehlak etmək;
Günorta yeməklərini hazır sifariş vermək yerinə, sağlam bir pay hazırlamaq;
Salat, şorba, sobada qızartma seçmək,
Şirniyyat istehlakını ən aza endirmək, ya da yüngül şirniyyatları seçmək;
Çay və qəhvə istehlakını məhdudlaşdırmaq;
Gündə 1,5-2 litr su içmək;
İş əsnasında mümkün olduğunca hərəkətli olmaq;
Gün ərzində sadə məşqlər etmək lazımdır.
Vüsalə Əlövsətqızı, Turpkimi.com
Yazılıb: 10-03-2021