Görün ac yatarkən orqanizmdə nələr baş verir.
Ac yatmaq arıqlamağa kömək etmir, əksinə, bir çox fiziki və psixoloji xəstəliklərin yaranmasına səbəb olur.
TurpKimi.com bildirir ki, bir çox insan axşam yüngülvari yeməkdən uzaq qaçır və yatağa ac qarına girməklə arıqlayacağını düşünür. Lakin aparılan araşdırmalar göstərir ki, ac yatmaq gün boyu öyrənmək və işləmək gücünə mənfi yöndə təsir edir. Serotonin hormonunun az ifraz olunması nəticəsində isə depresiyaya meyilliyi artırır.
Görün ac yatarkən orqanizmdə nələr baş verir.
1 – Əzələ kütləsi itir.
Mütəxəssislər qeyd edir ki, əzələ kütləsini artımağa çalışarkən ac qalmaq olmaz. Bu düzgün seçim deyil. Axşam yeməyini ləğv edə bilərsiniz, ancaq proteini əzələ halına gətirmək üçün qidalara ehtiyac var. Gecənin bir yarısı yemək əvəzinə, axşam saatlarında yüngülvari nəsə yeyib orqanizminizi ac qalma stresindən xilas edin.
2 – Kökəldir
Bəli, düz eşitdiniz. Gecə ac qarına yatarkən arıqlamaq əvəzinə, əksinə kökələcəksiniz. Yəni axşamlar yemək yeməyi tamamilə kəssəniz, orqanizm lazım olan enerjini təmin edə bilmədiyindən özünü müdafiəyə keçəcək və metabolizma yavaşlayacaq. Ona görə də yatmazdan 2-3 saat əvvəl tez həzm olunan, şəkərin miqdarını normal saxlamaq üçün sağlam qidalanın.
3 – Yuxuya təsir edir
Yəqin bir çoxumuz ac qarına yatmağa cəhd edib. Mədədən gələn səslər, yemək yemək istəyi yuxuya getməyi lap çətinləşdirib. Həmin an heç olmasa yüngül salat və ya su içməklə aclığınızı yüngülləşdirə bilərsiniz. Beləliklə, keyfiyyətli yuxu ilə günə daha enerjili başlamış olarsınız.
4 – Enerji aşağı düşür
Ac yatmaq sizi gün boyu aktiv saxlayan hər hansı yanacaqdan məhrum etməkdir. Səhərlər daha enerjili oyanmağın yolu mədədən keçir. Odur ki, ac yatıb günə stresli başlamaq sizin arıqlamanıza heç bir fayda verməyəcək.
Firuzə Alimova / TurpKimi.com