Açarı boynunuza sıxıb 30 saniyə saxlasanız... - Həyati əhəmiyyət daşıyır


Bilməkdə fayda var...

acari-boynunuza-sixib-30-saniye-saxlasaniz
09.12.2021 00:48 2 dəq oxuma

Burun qanaması zamanı qanın burnun içinə və ya arxa hissəsinə axması çox təhlükəlidir. Bunun qarşısını almaq üçün TurpKimi.com 5 dəqiqə ərzində burun qanamasını kəsən bir neçə üsulu təqdim edir:

BUZ – Buz kompresi dərhal qanamanın qarşısını alır. Rahat şəkildə, başınızı ürəyinizlə eyni səviyyədə tutub düz oturun. Qanın burundan boşalması üçün bir qədər qabağa əyilin. Qanama azalmalıdır.

VAZELİN – İstifadə edərkən ehtiyatlı olmaq lazımdır. Çünki kiçik miqdarda ağ ciyərlərə gedərsə, pnevmoniya kimi problemlərə səbəb ola bilər. Vazelini burnun dərinliklərinə doğru deyil, iç divarlarına incə təbəqə şəklində çəkin.

KOKOS YAĞI – Şaxtalı və ya çox isti hava şəraitində tez-tez burun qanamalarından şikayətlənirsinizsə, kokos yağını incə təbəqə şəklində burnun içinə sürtün.

ALMA SİRKƏSİ – Alma sirkəsi burun qanamalarında böyük təsirə malikdir. Qanı laxtalandıraraq bir neçə dəqiqə ərzində qanaxmanı dayandırır. Alma sirkəsinə batırılmış pambığı burun deşiyinizdə 10 dəqiqə saxlayın.

Mövsümi dəyişikliklər zamanı burun qanaxması ilə tez-tez üzləşirsinizsə, 2 çay qaşığı alma sirkəsini 1 stəkan ilıq suyla qarışdırıb gündə 3 dəfə için. Bu üsul arıqlamanıza da kömək edəcək.

SIXMAQ – Qanayan burunu sıxdıqda qan laxtalanacaq. Bunun üçün, rahat bir şəkildə oturun və 10 dəqiqə baş və şəhadət barmağınızla burnun altından sümüyünüzü sıxın. Bunu edərkən ağızdan nəfəs alın. Qanın ağzınıza axmaması üçün başınızı bir qədər qabağa əyin. 5 dəqiqə ərzində qanaxma dayanacaqdır.

SOYUQ AÇARLAR və ya PULLAR - Buz kompresinə bənzər şəkildə, soyuq metalla qan damarlarını sıxaraq qanaxmanı dayandırmaq olar. Soyuq metalı boynun arxasına qoyun və bir neçə dəqiqə gözləyin. Qanaxma 30 saniyə ərzində dayanmalıdır. Lazım olarsa, yenidən təkrarlayın.

Firuzə Alimova / TurpKimi.com