Adı kimi özü də şirin ŞƏKƏRBURA - VİDEO


Şəkərburanın hazırlanma qaydası...

adi-kimi-ozu-de-sirin-sekerbura
19.03.2024 01:06 1 dəq oxuma

TurpKimi.com Novruzun ən zərif və uşaqların ən çox sevdiyi şəkərburanın hazırlanma qaydasını təqdim edir:

LAZIM OLANLAR:

- 3,5 – 4 stəkan un

- 1 stəkan süd

- 150 - 180 qram əridilmiş yağ

- 1 ədəd yumurta

- 1 çay qaşığı maya

- 2 xörək qaşığı qatıq

- yarım çay qaşığı duz

ŞƏKƏRBURANIN İÇİ ÜÇÜN...

- 1 stəkan fındıq (qoz və ya hər ikisindən də qarışdırıb istifadə etmək olar)

- 1,5 stəkan şəkər tozu

- 1 çay qaşığı hil

- vanilin (zövqə görə)

Şəkərbura hazırlayarkən diqqət edəcəyimiz vacib məqamlar:

Xəmirini hazırlayarkən ağızda dağılan, yumşaq bir formada olmasını istəyirsinizsə, 200 qram kərə yağı və ya qatıq əlavə edə bilərsiniz. İçi üçün fındıq yerinə, badam, qoz və ya qozla fındığın qarışımından istifadə etmək olar. Həmçinin şəkərbura içliyinin daha zərif olması və şəkər tozunun iri görünməməsi üçün şəkər tozunu blenderdən (xırdalayıcı) keçirə bilərsiniz. Qeyd edək, içliyi  əvvəlcədən hazırlayıb şüşə qabda uzun müddət saxlamaq mümkündür.

Şəkərburanın hazırlanmasını videoda təqdim edirik:

Firuzə Alimova / TurpKimi.com