"Vaksin ortaya çıxana qədər virus tarixin arxivinə qovuşacaq” - Adil Qeybulla


Rusiya da vaksin istehsal edir, amma ciddiyə alınmadı...

adil-qeybulla-vaksin-ortaya-cixana-qeder-virus-tarixin-arxivine-qovusacaq
18.08.2020 17:17 1 dəq oxuma

“Çin çox əziyyət çəkməsin. Bu vaksin ortaya çıxıb, təsdiq olunub, kütləvi istehsalına qədər bu virus tarixin arxivinə qovuşacaq”.

TurpKimi.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Çində hazırlanan vaksinin dekabrda bazara çıxacağından danışarkən deyib.

Professor bildirib ki, hər hazırlanan vaksin effektli nəticə verməyə də bilər:

“Vaksinlə bağlı şox seylər yazıla bilər. Vaksin illüziyasına çox fikir vermək lazım deyil. Rusiya da vaksin istehsal edir, amma görürsünüz, ciddiyə alınmadı. Dünya Səhiyyə Təşkilatı onların qarşısına şərt qoydu. Əvvəla, virus davam eləsə də, vaksinin necə təsir edəcəyi məsələsi var.  Vaksin həmişə uğurlu olmur”.

Adil Qeybulla Çinin hazırladığı vaksindən ciddi nəticə gözləmədiyini deyib.

Qeyd edək ki, Çin vaksin hazırlığına başlayıb. Onların hazırladığı koronavirus peyvəndi 2020-ci il dekabrın sonundan etibarən bazara çıxacaq.