Bəs hansı çörəyi yeməliyik?
"Ağ çörəkdən və ya ələnmiş ağ undan istifadə qanda şəkərin səviyyəsini kəskin artıra bilər".
Belə xəbərdarlıqla Rusiyanın tanınmış dietoloqu Mixail Qinzburq “Svezda” telekanalına müsahibəsində çıxış edib.
Mütəxəssisin sözlərinə görə, ağ çörəkdə az qida lifi var. Buna görə nişasta tez parçalanır, qlükoza isə tez hopur. Bundan sonra "metabolik dalğa" yaranır.
"Çoxlu şəkər, çoxlu insulin tez düşür və yenidən yemək istəyirsən. Qanda şəkər tez düşür, deməli, o, toxumalarda çox qalır, amma bu, zəhərli təsirdir”, - o telekanala bildirib.
Qinzburq qeyd edib ki, tez qocalma, "yaş xəstəlikləri"nin yaranması və diabet bu dalğa ilə əlaqələndirilir. Bununla əlaqədar olaraq çovdar buğda və çovdar çörəyi daha faydalıdır.
Report.az / TurpKimi.com