Ağ rəngli ayaqqabıları təmizləmək üsulları


Ağ ayaqqabı geyməyi çoxları arzulayır. Amma hər adamın işi deyil ki, ağ ayyaqqabıların rəngini sonuna qədər ağ saxlasın.

ag-rengli-ayaqqabilari-temizlemek-usullari
22.09.2019 22:38 1 dəq oxuma

Bəziləri ağ ayaqqabıların çirkini təmizləmək üçün hətta paltaryuyan maşına belə atır. Ancaq bu üsul ayaqqabının deformasiyaya uğramasına səbəb olur.

Turpkimi.com  ağ rəngli ayaqqabıların çirkini asanlıqla təmizləmək üçün lazım olan ləvazimatları təqdim edir:

Soda 1 xörək qaşığı 
yarım xörək qaşığı hidrogen peroksid
yarım yemək qaşığı isti su
ayaqqabı fırçası

Ləvazimatlar qarışdırılır və fırça ilə ayaqqabının çirkli hissələrinə vurulur. 30 dəqiqə sonra ayaqqabıları yumağa başlayın. Ayaqqabılar tər-təmiz olacaq.


 

Hidrogen peroksidlə soda qarışanda tərkibində xlor olmayan ağardıcı alınır, o da ləkələri yox edir.

Vüsalə Əlövsətqızı, Turpkimi.com