Ağ rəngli idman ayaqqabıları az qala hər geyimə xüsusi gözəllik qatır. Ancaq təmizləmək baxımından elə də cəzbedici deyil.
TurpKimi.com həmişə dəbdə olan ağ rəngli idman ayaqqabılarını təmizləməkdə sizə kömək edəcək.
Geymək zövqlü olsa da, təmiz saxlamaq xeyli çətindir. Nə qədər ehtiyatla yerisəniz də mütləq batacaq. Aşağıdakı üsullarla ayaqqabınız aldığınız gündəki qədər ağappaq görsənəcək.
Bağlarını çıxardın
Təmizləməyə başlamazdan əvvəl bağlarını və içliyini çıxardın. İpləri üçün isti su ilə dolu bir qab və yuyucu toz lazım olacaq. Çox çirklidirsə ağardıcı vasitələrdən istifadə edə bilərsiz. İçliyi isə əllə yuya və ya dəyişdirə bilərsiniz. Əgər ayaqqabı dözümlüdürsə, sərtdirsə tozunu alıb paltaryuyan maşına da atabilərsiniz. İncə ayaqqabınız varsa əllə təmizləmək daha yaxşı olacaq. Ləkəli hissələrə yuyucu toz çəkib paltar torbasında paltaryuyan maşına atın. İlıq və ya isti su ilə və normal seçimdə yuyun. Quruducuya atmaq olmaz.
Sirkə ilə təmizləyin
Ağ ayaqqabınızı əlinizdə təmizləyəcəksinizsə, ağ sirkəni bir stəkan ilıq su ilə qarışdırın. Tük buraxmayan mikrofiber bez ilə ağ ayaqqabılarınızı yaxşıca təmizləyin. Təmizlədikdən sonra suyunu silib günəşdə qurudun.
Torpaq necə təmizlənər?
Əgər ayaqqabınız torpaqlıdırsa diş fırçasından istifadə edin. Torpağı təmizləmək üçün ayaqqabı və ya quru diş fırçasından istifadə edin.
Təmizləyici vasitəni özünüz hazırlaya da bilərsiz
Kiçik bir qabda bir xörək qaşığı qabartma tozu (soda), sirkə, ilıq suyu hidrogen-peroksidə qarışdıraraq məcun hazırlayın. Qabartma tozu torpağı yumşaldaraq aşınmasına kömək edəcək. Hidrogen peroksid isə ləkəli hissələri ağardacaq.
Torpağı fırçalayın
Köhnə diş fırçasını və ya kiçik bir sərt fırçanı sodalı qarışığa batırın və ayaqabının rəngli hissələrinə sürtün. Mikrofiber bezi təmiz suya batıraraq durulayın. Bezlə qurudun.
Aseton ilə təmizləmə
Plastik və ağ döşəmələrdəki ləkələr üçün ən təsirli üsullardan olan asetonla ancaq ayaqqabının döşəməyə dəyən hissəsini təmizləyə bilərsiz. Asetondan süet və nubuk ayaqqabıları da təmizləməyin. Çünki aseton parça ayaqqabıya zərər verə bilər.
Diş pastası ilə təmizləmə
Diş fırçasına bir az diş pastası sıxaraq ləkələrin olduğu yerə sürtün. Məcunu dairəvi hərəkətlərlə ayaqqabıya tam yedizdirin.Təmizləmə prosesi bitdikdən sonra nəmli bir bezin köməyi ilə məcunu silərək günəş işığında 3-4 saat qurumağa qoyun.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
08-06-2022