Təbii saç rəngi də hazırlamaq mümkündür...
Çay dəmləmələrindən tutmuş vitaminlərə kimi saçların ağarmasının qarşısını alacaq, hətta qara saçların çıxmasına kömək edəcək bir çox təbii vasitə vardır.
TurpKimi.com bildirir ki, düzgün miqdarda vitamin və qidalar qəbul etmədiyimiz zaman saçlar ağarmağa başlayır. Lakin təqdim edəcəyimiz vasitələrlə əvvəlcədən saç ağarmasının qarşısını almağa nail olacaqsınız.
1 – Alma suyu
Gündə 1 stəkan alma suyu içmək: C vitamini və digər antioksidantlarla zəngin olduğu üçün bir çox dərdə dəvadır. Alma suyu saçlara zərər verə biləcək sərbəst radikallarla mübarizə apararaq ağ saçları yox edir. Bundan başqa, alma yağını saçların uzanması üçün saçlara sürtmək olar. Bu həmçinin saç piqmentlərini zənginləşdirib təbii saç rənginin qorunmasına kömək edəcək.
2 – Köri yarpaqları
Saçların tez ağarmasının qarşısını alan mükəmməl bir vasitədir. Köri yarpaqları antioksidant, dəmir, faydalı vitamin və minerallarla zəngindir. Aparılan araşdırmalara görə, qanda dəmir əksikliyi saçların tez ağarmasına yol açır. Köri yarpaqlarını əzib toz halında hind qozu yağıyla qarışdıra bilərsiniz.
3 – 52 nəfərin iştirak etdiyi araşdırmaya görə saçları tez ağaran insanlarda B12, B7 (biotin), B9 (fol turşusu) və D3 çatışmazlığı aşkar edilib. Orqanizmi bu qidalarla təmin etmək saçların daha uzun müddət gənc və sağlam qalmasına kömək edəcək.
4 – Katalazla zəngin olan qidalar
Şirin kartof, kök, qırmızı bibər və göbələk erkən saç ağarmasının qarşısını alan qidalardandır. Buna səbəb, həmin qidaların tərkibində saç piqmentlərini qoruyan “katalaz” adlı fermentin olmasıdır. Davamlı bu qidalarla qidalanmaq saçların tez ağarmasının qarşısını alacaq.
5 – Yaşıl çay
Əgər söhbət saçdan gedirsə, burda antioksidantlar çox vacibdir. Çünki antioksidant saçı günəşin və çirkli havanın səbəb olduğu sərbəst radikallardan qoruyur. Ona görə də yaşıl çay içmək orqanizmin sərbəst radikalların mənfi təsirlərinə qarşı mübarizə aparmasına kömək edir.
6 – Tünd şokolad
Mis tərkibli qidaların saçlardakı ağarmanın qarşısını almaqda çox faydalı olduğu sübut edilib. Qara (tünd) şokolad isə mis tərkibi ilə ən faydalı qidalardan sayılır. Çünki şokolad dərini, gözləri və saçları rəngləndirən melaninin əsas hissəsidir. Melanin mislə qidalanır və kifayət qədər mis ala bilməyəndə saçlar ağarmağa başlayır.
7 – Şirin badam yağı
Badam saçların gənc görünməsini təmin edən A və E vitamini ilə zəngindir. Duşdan sonra nəm saçlara davamlı olaraq şirin badam yağından az miqdarda masaj edərək tətbiq edin. Saçı antioksidant və sərbəst radikallara qarşı qoruyaraq ağarmanın qarşısını alır.
8 – Qara çay
Soyuq qara çaydan şampunlu yumadan sonra saçları yaxalayaraq istifadə etmək olar. Müəyyən müddətdən sonra çaydakı hissəciklər ağ saçlarınızı tündləşdirməyə başlayacaq. Saçlarınız tündləşənə kimi bundan istədiyiniz qədər istifadə edə bilərsiniz. Bunun üçün 1 stəkan suya 1-2 çay qaşığı qara çay əlavə edərək dəmləyin. Saçlarınızı yuduqdan sonra ilıq halda həmin dəmlənmiş çayın içində bir müddət saxlayın.
9 – Sadə qəhvə
Qəhvə qalıcı olmasa da saçları boyama və rəngini tündləşdirmə gücünə malikdir. Yaxşıca qovrulmuş 2 xörək qaşığı qəhvəni bir stəkan saç kremi ilə qarışdırın. Saçlarınızı yuduqdan sonra həmin qarşımı nəm saçlarınıza sürtün. Rəngin saçlarınızda qalması üçün 1 saat sellofanla bağlayıb saxlayın. Daha sonra yaxşıca yuyun. Bu təbii saç rəngi 2 həftəyə qədər saçlarda qalır.
Yazılıb: 06.04.2021-ci il
Firuzə Alimova / TurpKimi.com