Yaz və yay aylarında insanların kefinə soğan doğrayan həşəratlardan yaxa qurtarmaq elə də asan məsələ deyil.
Açıq havanın dadını çıxartmaq istəyərkən qulağınızın dibində vızıldayan ağcaqanaddan birdəfəlik qurtulmaq mümkün deyil. Onlar hər yerdədir. Siz sadəcə özünüzü qoruyun.
Ağcaqanadlar müxtəlif cür yoluxucu xəstəliklərin yaıcısı olurlar. Onlara qarşı kimyəvi üsulla da mübarizə aparmaq olur. Ancaq kimyəvi tərkibli preparatlar çox hallarda insan sağlamlığı üçün təhlükə tördəir. Xüsusilə həssas insanlarda allergik reaksiyaların getməsinə səbəb olur.
TurpKimi.com ağcaqnadlardan təbii yolla xilas olmağın yollarından yazacaq.
İsti günlərdə geydiyiniz tünd rəngli paltarlar onlar üçün gözəl sığınacaqdır. Onlardan qorunmaq üçün açıq rəngli paltarlar geyinməyə çalışın.
Ağcaqanadlardan qorunmaq üçün bir nömrəli vasitə çay ağacı yağıdır. Ağcaqanadların bu bitkidən zəhləsi gedir.
Rütubətli, tərli yerlər ağcaqanadların xüsusilə sevdiyi yerlərdir. Ona görə də tez-tez duş alın.
Bağça və eyvanlarda natrium lampaları yandırın. Bununla da həm ağcaqanadlar daha az gələr, həm də elektrikə qənaət etmiş olarsız. Həmçinin evin şüşələrinə həşəratlardan qorunmaq üçün tor düzəltmək ən asan yollardan biridir.
Mixək yağı, lavanda yağı və portağal qabığının qoxusundan xoşlanmırlar. Yaz və yay axşamlarında bu cür bitkilərdən hazırlanmış lasyonlardan istifadə edin.
Çay ağacı yağı, evkalipt və ya nanə yağı ağcaqanad dişləyən bölgəyə sürtüldükdə qaşınma dərhal kəsir.
Sarımsaq da ağcaqanadların xoşlanmadığı bitkilərdən biridir. Otaqda sarımsaq əzin. Sarımsağı qaynadıb suyunu otağa da çiləyə bilərsiz.
Saf vanil də ağcaqanad və milçəklərdən qorunmaq üçün yaxşı üsullardan biridir. Nəbz vuran hissələrə vanil yağı sürtün, ağcaqanadlardan xilas olun.
Limonun üstünə batırdığınız mixək də ağcaqanadları evdən uzaqlaşdırır. Onların kamforanın iyindən də xoşu gəlmir.
Evinizin şüşə kənarlarına reyhan və lavanda dibçəkləri qoyun. Reyhan və lavandanın qoxusu evi milçəklərdən və ağcaqanadlardan qoruyar.
Son olaraq texnologiyanın üstünlüklərindən bəhrələnin! Həşərat qovar proqramı yükləyin, cib telefonunuzda gecələri, ya da axşamüstü proqramı işə salın və isti yay axşamlarının dadını çıxarın!
Sprey şüşəyə bir neçə damcı çay ağacı yağı damladın və üzərinə təmiz su töküb çalxalayın. Sonra dərinizə püskürtün. Həm iltihab, sızanaqda istifadə edilən təbii dərman, həm də ağcaqanad qovucunuz hazırdır.
Ağcaqanaddan yaxa qurtara bilmədikdə isə dişləyən bölgəyə çay ağacı yağı damladın, həm qaşıntı azalacaq, həm də dişlədiyi yerdə şişkinlik yox olacaq.
Banan qabığı da ağcaqanad dişləyən nahiyədə qaşınmanı kəsmə gücünə malikdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Yazılıb: 03-05-2019