Mövsümünə görə mübarizə aparmaq üçün ilk olaraq bu detallardan başlayın.
Alimlər dünyadakı insanların təqribən 20 faizinin ağcaqanadlar üçün cəlbedici olduğunu ortaya qoyub. Florida Universitetində araşdırma aparan Dr. Phil Koehler ağcaqanadların hədəflərini müəyyən etməkdə barmaq izi kimi insandan insana dəyişən metabolizma və bədən kimyasının əhəmiyyətli rol oynadığını qeyd edib.
Dr.Phil ağcaqanadlar üçün cəlbetmə dərəcəsinin bəzi məqamlarda dəyişəbiləcəyini də ifadə edib. Yaponiyada aparılan araşdırmaya görə, ağcaqanadların 1-ci qan qrupuna malik olan insanları digər qan qrupları ilə müqayisədə dişləmə ehtimalı ikiqat daha yüksəkdir. Belə ki araşdırmaçılar ağcaqanadların 1-ci qan qrupunu daha ləzzətli gördüklərini bildirirlər.
- Amerikalı araşdırmaçılar sadəcə bir stəkan pivə içməklə ağcaqanadların hücumuna məruz qalma ehtimalının artdığını da ortaya qoyur.
- Ayın bütöv olduğu vaxtlarda ağcaqanaqlar 500 dəfə daha hərəkətli olurlar.
- Amma ağcaqanadları özünə çəkən başqa güclü vasitə ayaq qoxusudur. Hətta Bart Knols adlı bir alim apardığı araşdırmasında ağcaqanadların bədəndə ən çox ayaq qoxusuna gəldiyini bildirib. Ayaq qoxulu sabunla yuyunduqda belə o, ağcaqanadların bədənin digər bölgələrinə yönəldiyini kəşf edib.
- Ağcaqanadların hücumuna ən çox məruz qalanlardan biri də hamilə qadınlardır. Ana olmağa hazırlaşan qadınların qarın bölgəsində təqribən 1 dərəcədən yüksək istilik olur. Bu da bədənin tər yolu ilə ağcaqanadları cəlb edən maddələrin ifraz olunmasına yol açır.
- Ovulyasiya (yumurtlama) dövründə ağcaqanadların dişləməsi də artır. Nəfəs verərkən havaya atılan karbondioksid və tərdəki laktik turşu kimi maddələr ağcaqanadların ovunu daha asan tapmasına kömək edir. Ona görə də danışarkən və ya idman edərkən sürətlə nəfəs alır-verir, tərləyirsinizsə, ağcaqanadların sizi dişləmə riski yüksəkdir.
- Araşdırmalar sübut edir ki, fiziki aktivlik ağcaqanadlar tərəfindən dişlənmə riskini 50 faiz artırır.
- Ağcaqanadları ən çox cəlb edən rəng qara və qırmızı, ən az cəlb edən rəng isə sarıdır.
Firuzə Alimova / TurpKimi.com
08-07-2019