Ağcaqanadlardan qorunmaq üçün bu 4 rəngi geyinməyin


Geyimdəki rəngin hansı təsiri ola bilər?

agcaqanadlardan-qorunmaq-ucun-bu-4-rengi-geyinmeyin
26.07.2022 00:02 1 dəq oxuma

Adətən ağcaqanadların dişləmək üçün qoxu duyğularından istifadə etdiyi məlumdur.

TurpKimi.com bildirir ki, İngiltərədə yerləşən “Nature” nəşrində dərc olunan araşdırmada ağcaqanadların dişləmək üçün görmə qabiliyyətlərindən də istifadə etdikləri, xüsusilə də 4 rəngin diqqətlərini daha çox çəkdiyi aşkarlanıb.

Belə ki, ağcaqanadların daha çox 4 rəngə tərəf uçduqları bildirilir. Bu rənglər qırmızı, firuzəyi, narıncı və qara rənglərdir.

Həmçinin bu həşəratların müəyyən naxışlara doğru yönəldiyi də məlum olub. Qırmızı rəngə qarşı daha həssas olduqları, ondan güclü dalğa qəbul etdikləri qeyd edilib.

Lakin uzaq durduqları rənglər də var. Yaşıl, mavi, bənövşəyi və ağ rəngləri görmədikləri isə ortaya çıxıb. Ona görə də yaz və yay aylarında bu rənglərə üstünlük verməklə özünüzü ağcaqanadlardan qoruya bilərsiniz.

Nəşrdə qeyd edilib ki, dəriniz geyindiyiniz rəngdən asılı olmayaraq təbii qırmızı dalğa yayır. Lakin yaşıl, mavi, bənövşəyi və ağ rənglər ağcaqanadların dərinizə təsir gücünü minimuma endirəcək.

Sadəcə rəng seçimi ilə canınızı ağcaqanadlardan tamamilə qurtara bilməyəcəksiniz. Çünki onları cəlb edən 3 əsas hal var: nəfəsiniz, təriniz və dərinin temperaturu. Araşdırmanın 4-cü səbəbi isə hər kəsin dərisində olan qırmızı rəngdir. Dərinin rəngi nə olursa olsun, hər kəs güclü qırmızı dalğa yayır.

Firuzə Alimova / TurpKimi.com