Ağcaqanadları evdən uzaqlaşdıran 5 möhtəşəm bitki


Sizin üçün gözəl və faydalı olan bu qoxular ağcaqanadlara işgəncə verir.

agcaqanadlari-evden-uzaqlasdiran-5-mohtesem-bitki
02.08.2020 00:26 1 dəq oxuma

Ağcaqanadlar xüsusən də yay aylarında həyatımızı kabusa çevirir. Onlardan azad olmağın bir yolu da evinizə gözəl görüntü və ətir bəxş edən bəzi yaşıl bitkilərdir.

TurpKimi.com evinizdən ağcaqanadları uzaqlaşdıracaq 5 bitki növünü sizə təqdim edir:

Lavanda

Lavanda ətrafa gözəl ətir saçan bir bitkidir. Lakin bizə xoş gələn bu ətir ağcaqanadlar üçün əsil işgəncə hesab olunur. Evinizdə böyütdüyünüz lavanda sayəsində həm gözəl ətirli otaqlara, həm də ağcaqanadsız mühitə sahib ola bilərsiniz.

Reyhan

Yəqin ki reyhanın ağcaqanad qovucu xüsusiyyəti olduğunu hər kəs bilir. Bu bitkini evin günəş işığı görən hissəsinə yerləşdirib tez-tez sulayın. Böyüdükcə də onun yarpaqlarından dadlı salatlar hazırlamaq üçün istifadə edə bilərsiniz.

Melisa

Melisa nanəkimilər fəsiləsinə aid olan bir bitkidir. Onun limona bənzər qoxusu var və ağrıları azaltmağa kömək edir. Şəfalı bitki hesab olunan melisa ağcaqanadları uzaqlaşdırmaq baxımından da olduqca təsirlidir.

Nanə

Xoş ətri olan, salatlara və yeməklərə xüsusi ləzzət qatan nanə evdən ağcaqanadları uzaqlaşdırmaq üçün də əla seçimdir. Bu bitkini böyük və geniş qaba əkməyiniz tövsiyə olunur, çünki tez böyüyür.

Rozmarin

Rozmarin də evdən ağcaqanadları uzaqlaşdıra bilən bitkilərdəndir. Eyni zamanda mütəxəssislər onun yaddaşı gücləndirdiyini və diqqəti artırdığını da söyləyir.

Lent.az / TurpKimi.com