Ağıllı olmaq istəyirsiz? - Bu reseptə əməl edin


İntellekt səviyyəsinin yüksək olmasını kim istəməzki? Bunun üçün müxtəlif dərmanlardan istifadə edənlər də var.

agilli-olmaq-isteyirsiz
03.07.2022 20:03 1 dəq oxuma

Amma məşğələlərlə intellekti artırmaq ən asan yollardan biridir. Bir həftədə intellektinizi 40 faiz artırmaq mümkündür. 

TurpKimi.com  İQ (aykü) səviyyəsinin bir həftədə 40 faiz artırmağın yollarını təqdim edir:

Şotlandiyanın Ediburq Universitetinin Biotibb bölməsinin professoru Mark Lythgoes beyin əzələlərini inkişaf etdirəcək bir həftəlik proqram dərc edib.  Bu proqramı tətbiq edən 100 nəfərin aykü səviyyəsində 40 faiz irəliləyiş olduğu müşahidə edilib.  İştirakçıların proqramı tətbiq etmədən öncə və proqramdan sonra əldə etdikləri test nəticələri qarşılaşdırılıb.  Bir həftəlik proqram belədir:

Bazar ertəsi

Axşam yeməyində yağlı balıq yeyin. İşə ya piyada, ya velosipedlə ya da daha əvvəl istifadə etmədiyiniz bir vasitəylə gedin.

Çərşənbə axşamı

Lüğətdən bilmədiyiniz sözləri öyrənin. Və bunları gündəlik həyatınızda istifadə etməyə çalışın.

 Çərşənbə

Yoqa, pilates, ya da meditasiya dərslərində iştirak edin. Daha əvvəl tanımadığınız  insanla ünsiyyət qurun.

 Cümə axşamı

İşə daha öncə istifadə etmədiyiniz bir yoldan gedin. Televiziyadakı ciddi informasiya proqramlarını izləyin.

Cümə

Spirt və kofeindən uzaq durun.  Alış-verişə çıxarkən siyahını əzbərləməyə çalışın.

Şənbə

Dişinizi hər zaman istifadə etdiyiniz əlinizlə deyil, digəri ilə fırçalayın və gözünüzü bağlayaraq duş alın.

Bazar

Səhər saatlarında tapmaca həll edin. Qısa bir gəzintiyə çıxın.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb:16.02.2021