Ağızdakı mikrobları su ilə deyil, yağla məhv edin - TƏSİRİ İNANILMAZDIR


Bir dəfə yaxalamaqla ağzınızdan yağla birlikdə çıxan mikrobları aydın görəcəksiniz.

agizdaki-mikroblari-su-ile-deyil-yagla-mehv-edin
25.10.2019 15:43 2 dəq oxuma

Günümüzdə diş əti iltihabı, diş ətinin şişməsi və ağızda mikrobların artması kimi problemlərlə tez-tez rastlaşırıq.Sirr deyil ki, mədəyə gedən qida ağızdan keçir. Aparılan araşdırmalara görə, təbii yağlar diş və diş ətlərini mükəmməl şəkildə qoruyur.

Heç yağı ağzınızda çalxalayaraq, mikrobları öldürəcəyinizi bilirdiniz?

TurpKimi.com ağız mikrobları ilə bağlı problemi olan və bunun qarşısını öncədən almağa çalışanlar üçün təbii həll yolunu təqdim edir.

Araşdırmalar zamanı əldə olunan nəticələrə əsasən, ağzı təbii yağlarla yaxaladıqda və ya dişləri fırçaladıqda, diş çürümələrinə, diş ətində yarana biləcək problemlərə səbəb olan bakteriyaların məhv edildiyi ortaya çıxıb.

Ağızda arzuolunmaz bakteriya, virus və göbələklər yox edildikdən sonra sadəcə, sağlam probiotiklər qalır. Hindistan qozu, susam və zeytun yağı ilə ağzı yaxaladıqdan sonra ağız və diş ətlərində bakteriyaların miqdarı əhəmiyyətli dərəcədə aşağı düşür.

Həmin yağlar mədə, bağırsaq, ürək və qanın tərkibinə daxil olaraq, orqanizmi xəstə edə biləcək mikrobları məhv etdiyi də təsdiqlənib. Bunun üçün istifadə edəcəyimiz üsul çox sadədir:

Qeyd etdiyimiz təbii yağlardan biri ilə ağzınızı 20 dəqiqə yaxalayıb, tüpürün. Bundan sonra ilıq su ilə ağzınızı yaxalayıb qalan mikrobları da təmizləyin.

Bunu edərkən, ağzınızdakı mikrobların necə yağa keçdiyini, tüpürdüyünüz yağın hansı vəziyyətə gəldiyini gözlərinizlə görəcəksiniz.

Əgər ağzınızda kandida göbələyi varsa, Hindistan qozunun yağı ilə (kokos yağı) müalicəyə indidən başlayın. Bu xəstəliyin orqanizmə keçərək heç də yaxşı nəticələr verməyəcəyini nəzərə alın.

Firuzə Alimova / TurpKimi.com