Ağlayan körpəni həmin an sakitləşdirən texniki hərəkəti möcüzə adlandırırlar.
Yeni doğulan körpə bir çox səbəblərdən ağlaya bilər. Qaz sancısı, peyvənd, xəstəlik, narahatlıq...
Bu səbəblər olmasa da, uşağınız ağlamaq istədiyi üçün ağlaya bilər.
Uşaq həkimi Robert Hamilton uşaqların ağladığı an onları sakitləşdirəcək üsulu icad edib.
TurpKimi.com xəbər verir ki, Amerikadakı uşaq həkimi Robert Hamilton ağlayan körpələri sakitləşdirmək üçün həqiqətən işə yarayan üsuldan istifadə edir. Təcrübəli həkim, xüsusilə 2-3 aylıq körpələr üçün bu metodun təsirli olduğunu deyir. Çünki daha böyük uşaqları bu üsulla tutmaq bir az çətin ola bilər. Həkim Hamiltonun "Gözləmə" adını verdiyi texnik hərəkəti tətbiq etmək isə çox asandır.
Uşağın qollarını sinəsində birləşdirərək tək əllə tutur, digər əli də uşağın yanlarını tutaraq körpənin ayaqlarının sallanmasını təmin edir. Bu şəkildə üz üstə dayanan körpə yüngül hərəkətlərlə yellədilir. Ağlayan uşaqlar bir anda sakitləşib susur.
Ağlayan körpələri həmin an sakitləşdirən möcüzəvi üsulu təqdim edirik:
Vüsalə Əlövsətqızı, TurpKimi.com