Ağrılardan təbii yola necə xilas olmalı? - Baş, diş, qarın...


Dərmanlardan bezdiyimiz və ya təbii yolla ağrılarımızın kəsməsini istədiyimiz anlar olur. 

agrilardan-tebii-yola-nece-xilas-olmali
31.03.2023 20:25 2 dəq oxuma

Yaxşı bu vəziyyətdə nələr etməliyik?

TurpKimi.com dərmansız və iynəsiz bəzi ağrılardan xilas olmağın yollarını təqdim edir:

Miqren simptomlarını yüngülləşdirmək üçün daha çox su için

Mütəxəssislər içdiyiniz suyun hər 2 saatdan bir,  bir stəkan sudan daha az olmamasını tövsiyyə edir. Orqanizmdə maye və elektrolit tarazlığının pozulması ümumilikdə orqanizmin tam işləməsini önləyir. Kifayət qədər su içmək bu tarazlığın bərpasına və miqren simptomlarını yüngülləşdirməyə yardımçı olacaqdır.

 Bel ağrısını aradan qaldırmaq üçün gərmə hərəkətləri edin


 
 Rahat paltarlar geyinin və yoqa hərəkətləri edin.Bacardığınız qədər gərmə hərəkətləri edin.  Orqanizmi gərib buraxmaq onurğa əzələlərini sakitləşdirir və sərbəst işləməsinə kömək edir.  

Diş ağrısını sakitləşdirmək üçün nanə çayı için


 
Bir çay qaşığı quru nanə yarpağını bir stəkan qaynar suya atın və 20 dəqiqə gözləyin. Bundan başqa ilıq, yaş nanə çayı paketini ağrıyan dişin üzərinə qoyun və ağrı azalana qədər bir neçə dəqiqə saxlayın. Nanə sakitləşdirici və ağrı kəsici xüsusiyyəti olan bitkidir. 
 
 Boğaz ağrısını sakitləşdirmək üçün qara şokolad yeyin


 
Öskürürsünüz və boğazınızın ağrıdığını düşünürsünüzsə, qara şokolad yeyin. Bunun üçün  içində çoxlu miqdarda kakao olan  şokolad seçin. Mütəxəssislərin fikrincə, şokolad öskürəyi azalda bilir  və ənənəvi dərmanlardan daha faydalıdır.

Ağrılardan xilas olmaq üçün isti su torbasından istifadə edin


 
Spazmalardan  və əzələ ağrılarından xilas olmaq üçün isti su torbasından (krelka) istifadə təsirli vasitədir.İstilik əzələlərin dincəlməsinə kömək edir, ağrını yüngülləşdirir və narahatlığı aradan qaldırır
 
 Reql ağrısını yüngülləşdirmək üçün banan yeyin
 
 Reql sancısı artıq sizin üçün dözülməz hala gəlmişsə, banan yeyin. Banan kalium və B6 vitaminləri ilə zəngindir və əzələ ağrılarını azaldır.
 
 Ağrıyla mübarizə üçün yürüşə çıxın

Məşq etmək sizin üçün ən faydalı yoldur. Fiziki fəallıq ağrı hissini azaldan endorfin və ya beyinin hazırladığı kimyəvi maddələr ifraz edər.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

02-05-2019

Bizim Telegram kanalımıza abunə olun