Ailə ilə birlikdə yemək yeməyin uşaqlara - FAYDASI


Uşaqların formalaşmasına təsir edən mühüm amillərdən biri - AİLƏ

aile-ile-birlikde-yemek-yemeyin-usaqlara
18.05.2022 14:00 1 dəq oxuma

Ailə ilə birlikdə yemək yeməyin uşaqlara psixoloji, akademik, sosial və sağlamlıq cəhətdən faydası var.

TurpKimi.com bildirir ki, ailəsiylə birlikdə süfrə arxasında əyləşən uşaqların çoxlu meyvə yediyi görülməkdədir. Sağlam qidalanmağın başında duran ailəylə birlikdə yemək zamanı qızarıdılmış və qazlı içkilər kimi zərərli qidalardan daha az istifadə edilir.

Ailəsiylə kifayət qədər vaxt keçirə bilməyən uşaqlar ailə yeməklərində ana, ata və ailə üzvləriylə birlikdə söhbət edərək gözəl vaxt keçirirlər. Bu isə uşaqlarda aqressivlik, depressiya kimi xoşagəlməyən davranış pozulmalarının qarşısını alır, ailə bağları güclənir.

Kolumbiya Universiteti Milli Mərkəzin apardığı araşdırmaya görə, həftədə ən azı 5 dəfə evdə yemək yeyən uşaqlarda siqaret və asılılıq yaradan pis vərdişlərin 50 faiz azaldığı ortaya çıxıb.

Bundan başqa, ailəsiylə birlikdə yemək yeyən uşaqların akademik uğurlarında yüksəliş müşahidə edilib. Belə ki böyükləriylə çox vaxt keçirən uşaqlar dərslərinə motivasiya olaraq oxumağa daha çox əhəmiyyət verirlər.

Evdə yemək yeyən uşaqlar böyükləri ilə çoxluca söhbət edərək gün ərzində yaşadıqlarını paylaşırlar. Bu, təbii müalicə kimi uşaqlara müsbət təsir edir və onlarda stressi azaldır.

Yazılıb: 22.05.2019-cu ildə...

Firuzə Alimova / TurpKimi.com