Cütlüklər arasında ən çox rast gəlinən problemlərdən biri də yalan danışmaqdır.
Ona görə də yalan danışan kişini anlamaq sağlam ünsiyyət qurmaq üçün çox əhəmiyyətlidir. Bədən dili, səs tonu, tutarsız cavablar və emosional reaksiyalar kimi bəzi hərəkətləri əsas götürərək partnyorunuzun səmimiyyətini sorğulaya və etibarlı əlaqə qura bilərsiniz.
Cütlüklər arasında bir-birinə etimad, etibar sağlam münasibətin əsasını, bünovrəsini təşkil edir. Zaman keçdikcə bu bağlar yalana təslim ola bilir. Xüsusilə kişilər duyğularını ifadə edərkən və ya nəyisə gizlətmək istəyərkən yalan söyləyə bilərlər.
Özünüzü qorumaq üçün yalan danışanın əlamətlərini tanımaq əhəmiyyətlidir. Yalanı anlamaq yalnız sözlərdən deyil, bədən dilindən və hərəkətlərdən də mümkündür.
TurpKimi.com mütəxəssislərin yalan danışan kişiləri tanımağınız üçün təklif etdiyi bəzi ipuclarını oxucuları ilə bölüşür:
Yalan danışan kişini necə tanımaq olar?
1. Bədən Dili Analizi:
Göz Təması: Yalan danışan kişilər ümumiyyətlə göz təması qurmaqdan qaçına bilərlər. Əgər bir kişi suallarınıza cavab verərkən gözlərini qaçırırsa, bu bir yalan əlaməti ola bilər.
Gərginlik: Bədən dili gərgin haldadırsa, bu yalan danışmağın göstəricisi ola bilər. Əlləri möhkəm bağlı, bədəni qapalı vəziyyət alarsa və ya tez-tez mövqe dəyişdirirsə diqqətli olun.
Üz ifadələri: Duyğuların üz ifadəsinə əks olunması yalan danışan bir kişi üçün kompleks ola bilər. Emosional bir reaksiya vermək əvəzinə, ötəri gülümsəmə, ya da qaşqabağını tökərək üzə əks olunan gərgin ifadələr ehtiyatlı olmağa səsləyir.
2. Səs Tonu və Danışıq Tərzi:
Səs Tonundakı Dəyişikliklər: Yalan danışanların ümumiyyətlə səs tonlarında dəyişikliklər yarana bilər. Səsin yüksəlməsi, titrəməsi, ya da qəfldən aşağı düşməsi yalan danışma əlaməti ola bilər.
Sözləri Uzatma: Yalan danışan kişilər, ümumiyyətlə gerçəkləri gizlətmək üçün gərəksiz detallar əlavə edə bilərlər. Əgər bir hekayədə çoxlu detal varsa, bu vəziyyət şübhəli ola bilər.
3. Tutarsız, əsassız cavablar
Hekayədə tutarsızlıqlar: Bir kişinin söylədiklərində tutarsızlıq varsa, bu yalan danışma ehtimalını artırar. Öz hekayəsində ziddiyyətli nöqtələr tapdınızsa, diqqət yetirməlisiniz.
Şərh vermək, açıqlama ehtiyacı: Yalan danışan kəslər, ümumiyyətlə özlərini müdafiə etmə ehtiyacı duyarlar və daha çox detal verməyə çalışa bilərlər. Əgər davamlı olaraq eyni suallara bənzər cavablar eşidirsinizsə, bu bir xəbərdarlıq işarəsi ola bilər.
4. Emosional Reaksiyalar:
Həddindən artıq emosional reaksiyalar: Yalan danışan kişilər, ümumiyyətlə həddindən artıq emosional reaksiya verə bilərlər. Özünümüdafiə sərgiləyə və ya mövzudan qaçınaraq həddindən artıq reaksiya verə bilərlər.
Səthi Duyğular: Gerçək duyğularını gizlətmək üçün səthi, ya da şişirdilmiş reaksiya verə bilərlər. Bu vəziyyət qarşıdakı adamın diqqətini dağıtmaq, yayındırmaq məqsədi ilə edilə bilər.
5. Öz-özünə Sorğulama:
Suallara Cavab Vermə Forması: Yalan danışan kişilər bəzən suallara doğru cavab verməzlər və ya problemdən kənara çıxa bilərlər. Əgər davamlı olaraq suallarınızı cavablarkən çətinlik çəkirsə, diqqət yetirməlisiniz.
Davamlı Sual Vermək: Əgər bir kişi tez-tez sizə suallar verirsə, ya da cavablarınızı sorğulayırsa, bu vəziyyət onun özünü qoruma səyi kimi qiymətləndirilə bilər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com