Ən çox kişilərə təsir etdiyi müşahidə edilib...
Xroniki depressiya əhval-ruhiyyəsi subay kişi və qadınlar arasında evlilərə nisbətən 80% daha çox inkişaf edir.
TurpKimi.com xəbər verir ki, bu barədə bir qrup amerikalı, çinli demoqraf və həkimin Amerikanın “Nature Human Behavior” jurnalında dərc olunmuş araşdırmasında deyilir.
“Təhlillər göstərib ki, ailəsi olmayan kişilər və qadınlar bir çox ölkə və mədəniyyətlərdə depressiyaya daha çox meyllidirlər. Tədqiqatçılar yazır ki, bu, xüsusilə Qərb ölkələrində ali təhsilli kişilər üçün xarakterikdir, çünki alkoqol və tütündən istifadə depressiyanın inkişaf ehtimalına güclü təsir göstərir”, - araşdırmaçılar yazıb.
Həmçinin psixoloqlar xəbərdarlıq edib ki, emosiyaları boğmaq təhlükəlidir, çünki bu, müxtəlif psixoloji problemlərə gətirib çıxara bilər.
Firuzə Alimova / TURPKİMİ.COM