“Simptomsuz xəstələr koronavirusa qarşı “peyvənd” rolunu oynayır” - Akademik


Koronavirusu simptomsuz keçirən ən çox xəstələr bu ölkədədir.

akademik-simptomsuz-xesteler-koronavirusa-qarsi-peyvend-rolunu-oynayir
20.04.2020 14:34 1 dəq oxuma

“Koronavirusu simptomsuz keçirən xəstələr virusu yaymaqla peyvənd rolunu oynayır”.

TurpKimi.com bildirir ki, bunu NSN telekanalının efirində rusiyalı akademik, virusoloq Feliks Yerşov deyib.

“Bu cür insanlar virusu yaymaqla peyvəndin etməli olduğunu edirlər. Kollektiv immunlaşma gedir. Bu göstərici 70 faizə çatanda xəstəliyin artımı başa çatacaq”, - deyə F.Yerşov bildirib.

Akademik qeyd edib ki, bu cür pasiyentləri simptomsuz xəstə deyil, sağlam infeksiya daşıyıcısı hesab edir:

“Onlar olduqca çoxdur. Rusiyada belələri 50 faiz təşkil edir. Əsasən, gənclər və uşaqlardır”.

TurpKimi.com