Amma uşaqlara verməzdən əvvəl bir məsələni unutmaq olmaz!
Albalı yemək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırmağa, xolesterolun səviyyəsini azaltmağa, həzmi yaxşılaşdırmağa və qan təzyiqini normal saxlamağa kömək edir ki, bu da kişilər üçün çox vacibdir. Çünki statistikaya görə, kişilər ürək-damar xəstəliklərindən daha çox əziyyət çəkirlər.
Albalıdakı mineralların bolluğu kişilərin sağlamlığında əsas rol oynayan prostat vəzinə müsbət təsir göstərir. Bu giləmeyvənin tərkibindəki sinkin səviyyəsini qeyd etmək vacibdir. Məhz bu mikroelement kişi hormonlarının sintezini stimullaşdırır, həmçinin seminal mayenin keyfiyyətini yaxşılaşdırır.
B9 vitamininin (fol turşusu) bolluğuna görə albalı qadınlar üçün hamiləlik dövründə daha faydalı ola bilər. Bu vitamin embrionun sağlam formalaşması və inkişafı üçün lazımdır. Bununla yanaşı albalı dəmirlə zəngindir, hansı ki bədəndə çatışmazlığı anemiyanın inkişafına səbəb olur. Albalının zəngin tərkibi bu problemin qarşısını almaqda ikiqat effekt verir, çünki tərkibində həm dəmir, həm də mineralın udulmasına kömək edən C vitamini var.
Qeyd etmək lazımdır ki, maqnezium və pəhriz lifinin bolluğu sayəsində albalı qəbizlik problemini azaldır, bağırsaqlarda narahatlıq hissini aradan qaldırır. Maqnezium sayəsində depressiyanın inkişaf ehtimalını azaldır və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır.
Albalının uşaqlar üçün faydasına gəldikdə, körpə qidası üçün əla seçimdir. Antioksidantların və vitaminlərin zəngin tərkibi immunitet sistemini gücləndirməyə kömək edir, həmçinin uşağın normal böyüməsinə və inkişafına dəstək olur. Lakin allergik reaksiya ehtimalını nəzərə alın, uşaqlara verməzdən əvvəl ehtiyatla yanaşın.
Mənbə: rskrf.ru
Firuzə Alimova / TURPKİMİ.COM