Albalı ilə bağlı bir neçə vacib məsləhət də var...
Albalı yaz və yay fəslinin mükəmməl meyvələrindən biridir. Ancaq bu giləmeyvəni yeyəndə onun gözəl dadından həzz almaqdan daha çox şey əldə edirik.
Belə ki, albalı təbii antioksidantdır, yuxusuzluqla mübarizədə gözəl vasitədir, oynaq ağrılarından xilas edir və arıqlamağa kömək edir.
TurpKimi.com albalı yemək üçün 5 əsas səbəbi təqdim edir:
1. Albalı yaddaşı yaxşılaşdırır
Araşdırmalara görə, antioksidantlarla zəngin qidalar motor funksiyası və yaddaş kimi yaşa bağlı çatışmazlıqları aradan qaldıra bilər. Albalı antioksidant olaraq hətta Alzheimer və Hantinqton xəstəliklərinin qarşısını alır.
2. Albalı məşq edən idmançılar üçün faydalıdır
Antioksidanlar ağır məşqlərdən sonra əzələlərin bərpasında iştirak edir. Apaırlan araşdırmların birində albalı suyu içən marafonçuların yarışdan sonra daha tez bərpa olunduğu və turş albalının iltihabəleyhinə təsirindən dolayı daha az əzələ ağrısı çəkdikləri müşahidə olunub. Əgər qaçışdan sonra əzələləriniz ağrıyırsa, bir az albalı suyu için.
3. Albalı iltihabi prosesin qarşısını alır
Qaçış idmanı ilə məşğul olan idmançılara iltihabəleyniə təsir göstərir. Belə ki, sidik turşusunun səviyyəsini aşağı salır ki, bu da podaqra riskini 50%-ə qədər azalda bilər. Albalı oynaqların fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, osteoartrit kimi xəstəliklərdə ağrı hissini də azaldır.
4. Albalı sağlam çəkiyə sahib olmağa kömək edir
Albalı şirindir, amma içindəki şəkərin səviyyəsi çox aşağı olduğundan hiss olunmur. Bir stəkan albalıda cəmi 97 kalori, gündəlik C vitamininin 25%-i və 2 qram lif var. Vişnəni digər faydası isə diabetli insanlarda qan şəkərinin səviyyəsini normallaşdıra bilməsidir. Bundan əlavə, müntəzəm pəhrizin bir hissəsi kimi albalı yemək çəki artımını və bədənin yağ səviyyəsini azalda bilər. Yağ və qlükozanın tənzimlənməsi ürək xəstəliyi riskini azaltmağa kömək edir.
5. Albalı daha yaxşı yatmağa kömək edir
Albalı təbii olaraq daha uzun və rahat yuxuya səbəb olan melatonin ehtiva edir. Gecə saatlarına qədər yuxuya getməkdə çətinlik çəkirsinizsə, bunu bir ovuc albalı ilə nizama salın.
Albalı ilə bağlı bir neçə vacib məsləhət:
Albalı yedikdən sonra ağzınızı dərhal yaxalasanız yaxşı olar. Əks halda, albalı suyu dişin mina qatına zərər verə bilər.
Albalını acqarına yemək tövsiyə edilmir. Çünki meyvənin şirəsi mədə turşuluğunu artırır, bu da öz növbəsində mədə yanmasına səbəb olur. Odur ki, yeməkdən bir saat sonra giləmeyvə yemək məsləhətlidir.
Albalı mədə problemi, yüksək turşuluğu və qastriti olan insanlar tərəfindən ehtiyatla istehlak edilməlidir. Həmçinin qaraciyər problemi olanlara da bu giləmeyvəni ehtiyatla yemələri tövsiyə olunur.
Bir anda çoxlu miqdarda albalı yemək olmaz. Bu ishal və şişkinliyə səbəb ola bilər. Böyük insanlar üçün gündəlik istehlak 1 kq-dır.
Firuzə Alimova / TURPKİMİ.COM