Alimlər doğuş üçün ən təhlükəsiz yaş həddini açıqlayıb


Riskli yaş həddi də qeyd edilib...

alimler-dogus-ucun-en-tehlukesiz-yas-heddini-aciqlayib
18.07.2023 00:04 1 dəq oxuma

Macarıstanın Semmelweis Universitetinin alimləri apardıqları araşdırmada qadınların uşaq sahibi olmaq üçün ən təhlükəsiz yaş aralığının 23-32 olduğunu müəyyən ediblər.

TurpKimi.com AA-ya istinadla xəbər verir ki, araşdırmanın nəticələri “BJOG” elmi jurnalında dərc olunub.

Alimlər 1980-2009-cu illər arasında uşaq dünyaya gətirmiş 31 128 qadının məlumatlarını ananın yaşı ilə körpələrdə qeyri-genetik doğuş anomaliyaları arasında əlaqə kontekstində təhlil edib.

Doğum anomaliyalarının ən az görüldüyü 10 yaş aralığını təyin etməyə çalışan tədqiqatçılar 23-32 yaş aralığının hamiləlik üçün ideal yaş aralığı olduğunu müəyyən ediblər.

Araşdırma həmçinin müəyyən edib ki, ananın yaşı artdıqca körpələr daun sindromu, ürək xəstəliyi, dodaq və damaq yarığı kimi xəstəliklərlə daha çox qarşılaşırlar.

Gənc yaşda doğum edən anaların körpələrində dodaq və damaq yarığı riskinin yüzdə 9, 32 yaşdan yuxarı hamiləliklərdə isə bu riskin yüzdə 45 olduğu bildirilib.

Anadangəlmə həzm sistemində pozulma riskinin gənc yaşda doğum edən anaların uşaqlarında 23-32 yaş aralığına görə 23 faiz çox, 32 yaşdan yuxarı  doğum edən qadınların uşaqlarında isə bu nisbətin 15 faiz çox olduğu müəyyən edilib.

Əvvəlki tədqiqatlar genetik pozğunluqlar və ananın yaşı arasındakı əlaqəni təsdiqləsə də, qeyri-xromosom anomaliyaları ilə ananın yaşı arasındakı əlaqəyə dair tədqiqatlar yoxdur.

Firuzə Alimova / TurpKimi.com