Alimlər gündəlik optimal addım sayını müəyyən ediblər


Ən kiçik hərəkət belə faydalıdır...

alimler-gundelik-optimal-addim-sayini-mueyyen-edibler
05.03.2022 12:45 1 dəq oxuma

Belə bir fikir var ki, sağlamlıq üçün gündə ən azı 10 min addım gəzmək lazımdır. Alimlər real minimum tələb olunan addımların sayını müəyyən ediblər.

Tədqiqatçılar dörd qitədə on minlərlə insan haqqında məlumatları təhlil ediblər. Onlar belə nəticəyə gəliblər ki, optimal addım sayı yaşınızdan asılı olaraq 6000-ə yaxındır.

Alimlərin qeyd etdiyi kimi, kiçik bir hərəkətin belə faydalı olduğuna dair çoxlu sübutlar var. Xüsusən də qeyri-aktiv həyat tərzi keçirənlər üçün bu, daha aktualdır. Hər gün yarım saat intensiv fəaliyyət çox oturanlar üçün böyük bir üstünlük ola bilər. Belə ki, bu, ürək və sümükləri sağlam və güclü saxlamağa kömək edə bilər.

Mənbə: ferra.ru / Oxu.az