Alimlər insanı xoşbəxt edən xarakteri müəyyən ediblər


Nahaqdan deyilməyib: "insanın xarakteri onun taleyidir!"

alimler-insani-xosbext-eden-xarakteri-mueyyen-edibler
29.01.2025 22:06 1 dəq oxuma

Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının mütəxəssisləri müəyyən ediblər ki, nəzakətli insanlar yüksək xoşbəxtlik səviyyəsi və daha az müşahidə olunan depressiya əlamətləri (əgər varsa) ilə xarakterizə olunur.

TurpKimi.com xəbər verir ki, araşdırmanın nəticələri “Psychological Reports” jurnalında dərc olunub.

Tədqiqat işi Türkiyə vətəndaşları arasında nəzakət və subyektiv xoşbəxtlik hissləri arasındakı əlaqəyə həsr edilib. Nəzakətli olmaq dostluq, şəfqət və əməkdaşlıq etməyi özündə cəmləşdirən sosial davranış forması kimi müəyyən edilib.

Tədqiqat iki hissədən ibarət olub: birinci hissədə məlum olub ki, yaxşı davranış həqiqətən də əhalinin əksəriyyətinə xasdır. İkinci mərhələdə təxminən 23 yaşda olan 372 iştirakçıdan nəzakət və xoşbəxtlik səviyyələrini müəyyən etmək, həmçinin depressiya əlamətlərini qiymətləndirmək üçün anketləri doldurmaq istənilib.

Nəticələr göstərib ki, nəzakət səviyyəsi yüksək olan insanlar depressiyanın daha az şiddətli simptomlarını keçirməyə və özlərini xoşbəxt hiss etməyə meyllidirlər.

Firuzə Alimova / TURPKİMİ.COM