Alimlər kimdə xərçəngin olmadığını aşkarladılar - Anadangəlmə qoruma


Onları ağır xəstəlikdən qoruyan nədir?

alimler-kimde-xercengin-olmadigini-askarladilaranadangelme-qoruma
22.04.2021 01:44 2 dəq oxuma

Tədqiqatlar yer üzündə yaşayan əhalinin 11-25 faizinin xərçəngdən öldüyünü təsdiq edir. Oxşar statistika heyvanlar üçün də keçərlidir. Fil, köstəbək və siçovullar kimi bəzi heyvanlar istisnadır. Alimlər onları bu ağır xəstəlikdən nəyin qoruduğunu aşkar ediblər.

TurpKimi.com bildirir ki, insanda olan hüceyrələrin sayı siçandakından min dəfə çoxdur və 30 dəfə çox yaşayır. Deməli, daha çox xərçəngə tutula bilər. Axı nə qədər çox hüceyrə varsa, onlar bir o qədər də çox bölünür və bir hüceyrədə baş verəcək səhv xərçəngə yaxalanma ehtimalını bir o qədər artırır. Həmçinin siçan və insanlarda olan bədxassəli şişin irskləri də eynidir. Lakin qurunun ən böyük heyvanı olan fillərdə nəzərəçaracaq dərəcədə kiçikdir.

İsrail və Suriyada yaşayan siçovul və köstəbəklərin uzaq qohumlalrı da praktiki olaraq xərçəngə tutulmurlar. ABŞ-ın “Rochester” Universitetinin alimləri bildirir ki, hər şey xüsusi protein IFN-beta ilə əlaqədardır. Sağlam hüceyrələr xərçəngli hüceyrələrə çevrildikdə daxilində özünü məhvetmə proqramı var. Belə ki, köstəbəklərin hüceyrələrinə qüsurlu genlər daxil edilərək nizamsız bölünməsinə məcbur edilib. Lakin bir neçə nəsildən sonra hüceyrələr nekroz və apoptozdan kəskin şəkildə məhv olmağa başlayıb. Ölmüş hüceyrədə isə özü-özünü yox etmə proqramını başladan IFN-beta proteinin molekulları aşkar edilib. Bu maddə orqanizm tərəfindən viruslara qarşı qorunmaq üçün istehsal edilən xüsusi proteinlər olan interferon sinfinə aiddir. Virus bədənə daxil edildikdə qonşu hüceyrələrə nüfuz edərlər və virusun daxilə keçməməsi üçün onları dəyişdirirlər. Bəzən bu apoptoza səbəb olur və virusun daha da çoxalmasına imkan verməz.

Rusiya Elmlər Akademiyası Bioorqanik Kimya İnstitutunun alimlərinin dediklərinə görə, köstəbəklər immunitetlərindəki xüsusiyyətlərə görə xərçəngə tutulmurlar. Xüsusilə uzun müddət onlarda yetkin T və B hüceyrələri toplanır ki, onların immunitetinin əsas dayaq sistemidir.

Mənbə: ria.ru

Firuzə Alimova / TurpKimi.com