Alimlər köklüyün əsl səbəbini tapdılar - Mühüm araşdırma


Kök insanları heç vaxt "çox yeyirlər" deyə qınamayın, əsil səbəbi başqadır...

alimler-kokluyun-esl-sebebini-tapdilar
06.03.2019 17:58 1 dəq oxuma

Alimlər insanlardakı müəyyən genlərin arıq olmaq və ya kökəlməyə meyilli olmaqla birbaşa əlaqəsinin olduğunu sübut edib.

Beynəlxalq araşdırma mərkəzinin alimləri arıq insanların bir hissəsinin həqiqətən də “uğurlu” genlərə sahib olduğunu təsdiqləyib. Bəzi insanlar üçün arıq qalmaq qidalanmaq və ya sağlam  yaşam tərzindən başqa genetik xüsusiyyətlərə bağlıdır.

Araşdırmaçı alimlər artıq çəkiyə sahib olan insanlarda yüzlərlə genetik müxtəliflik aşkar ediblər. Lakin arıq insanlar üzərində genetik araşdırmalar daha az saydadır. Araşdırma zamanı İngiltərədə yaşayan 1600 sağlam zəif insanın DNT nümunələri 2000 şişman və 10.400 normal çəkidə olan insanların DNT-si ilə müqayisə edilib. Araşdırma zamanı şişman insanların xüsusiylə müəyyən genlərinin artıq çəki almalarında əlqəli olduğunu aşkar ediblər.

Lakin bu genlər arıq insanlarda daha az müşahidə edilib. Arıq insanların genlərində sağlam arıqlıqla bağlı olduğu müəyyən edilən başqa bölgələr üzə çıxıb.

Əksər insanlarda şişmanlıq yetişkin insanlarda hərəkətsiz həyat tərzi və yüksək kalorili qidaların qəbulu zamanı ortaya çıxar. Bir çox ölkədə əhalinin cəmi 3-də 1 hissəsi arıq qalmağı bacarıb. Bunların bir hissəsi genetik olaraq  arıqlığa yaxın olsa da həyat tərzi və bağırsaq mikrobları kimi digər əhəmiyyətli faktorlar da təsir edib.

Sağlamlıq mütəxəssisləri genetikanız və ya kilonuz necə olursa olsun sağlam qidalanmağı və hərəkətli həyat tərzi sürməyi məsləhət verir.

Firuzə Alimova / TurpKimi.com