Alimlər koronavirusa qarşı təsirli olan təbii vasitəni açıqladı


Artıq effektiv olduğu da sübut edilib.

alimler-koronavirusa-qarsi-tesirli-olan-tebii-vasiteni-aciqladi
21.07.2021 12:41 1 dəq oxuma

Kopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər.

TASS xəbər verir ki, bu barədə “Science” elmi jurnalında dərc olunmuş məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olar, başqa sözlə, ilkin Uhan ştammından fərqlənən COVID-in Almaniya və Danimarka variantlarının müalicəsində artemisinindən istifadənin effektivliyini təsdiq ediblər.

Məqalə müəllifləri həmçinin qeyd ediblər ki, artemisinin əsaslı dərmanlar yalnız təhlükəsiz deyillər, həm də nisbətən aşağı xərclərlə dünya səviyyəsində yayılma perspektivinə malikdirlər.

Bundan əlavə, alimlər artemisinindən alınan artesunat və artemeter maddələrinin də koronavirusu məhv etməyə qadir olduğunu aşkar ediblər. Hazırda artemisinin və ondan alınan maddələr Afrikada ən çox yayılmış xəstəliklərdən biri olan tropik malyariyaya qarşı dərmanın komponentləri kimi istifadə olunur.

Alimlər yaxın zamanlarda artemisinindən hazırlanan potensial preparatların COVID-19 ilə mübarizədə effektivliyini təyin etmək üçün klinik sınaqlara başlamağı planlaşdırırlar.

Report.az / TurpKimi.com