Alimlər orta insan ömrünü artırdılar - Gələcək proqnoz - Kimlərin adı var


ABŞ-ın ən böyük investisiya banklarından biri olan Bank of America Merrill Lynch (BofA) insan ömrünün inkişaf edən tibb texnologiyaları sayəsində yaxın zamanlarda orta hesabla 100 ildən çox olacağını açıqlayıb.

alimler-orta-insan-omrunu-artirdilar-gelecek-proqnoz
10.05.2019 21:55 3 dəq oxuma

TurpKimi.com xəbər verir ki, BofA analitikləri "Felix Tran" və "Haim Israel" tərəfindən bankın müştəriləri üçün hazırlanan hesabata görə, ölümü gecikdirmək üzərində  aparılan işlər 2025-ci ilə qədər 600 milyard dollarlıq investisiya imkanı yaradacaq.
 
“Tran” və “Israel Illumina” kimi gen üzərində işləyən firmaların “Alphabet”  kimi yüksək texnologiya və ya “Novartis” kimi biotexnoloji şirkətlərinin apardıqları işlərə əsasən insan ömrünü ortalama olaraq 100 ildən çox artırmaq mümkündür. 

Analitiklərə görə, genetika elmi, big data, geyinilə bilər texnologiyalar  və "wellness" sahəsində ortaya çıxan bir çox yeni məhsul yaxın zamanlarda insan ömrünü sağlam şəkildə 100 ildən çox edəcək.

Genetik, big data, səhiyyə sahəsində işləyən süni zəka, xüsusi yeməklər, xəstəliksiz həyat və yüksək səviyyəli dərmanlarla bağlı fəaliyyət göstərən firmaların səhmləri indidən 110 milyard dollarlıq sərmayəyə sahibdir. 

 İnsan genomu  üzərində aparılan işlərlə yeni nəsil gen tənzimləmə texnologiyası inkişaf etdiriləcək və bir çox xəstəliyin başlamadan əngəllənməsi və ya müalicə edilməsi mümkün olacaq. İnsan geni sektoru 2025-ci ildə 41 milyard dollarlıq bazarı əhatə edəcək. 

QEYD: İnsan genomu layihəsi (The Human Genome Project) — 1990-ci ildən başlanmış, 2000-ci ildə isə genomun ilkin strukturu, 2003-cü ildə isə genom tam təyin edilmişdir. Lakin buna baxmayaraq, hələ də genomun bəzi hissələrinin əlavə analizi bitməmişdir. Əsasən analizlər ABŞ, Kanada və Böyük Britaniyanın universitetlərində və tədqiqat mərkəzlərində yerinə yetirilmişdi. Genomun tərkibindəki aminoturşuların və nukleotidlərin ardıcıllıqlarının təyin edilməsi, dərmanların hazırlanması və insan bədəninin quruluşunu anlamaq üçün həlledici əhəmiyyət kəsb edir.

Genom düzülüşü üzərində işləyən “Illumina”, laboratoriya vasitələri istehsal edən “Agilent” və tibb avadanlıqları istehsalçısı “Danaher” firmaları, insan genomu sektorunun müxtəlif sahələrində fəaliyyət göstərir.

Süni intellekt texnologiyasının inkişafı və insan orqanizmi haqqında toplanan məlumat həcminin daim artması ilə tədqiqatçılar patologiya, xəstəliklərin səbəbləri və yaratdıqları təsirlər haqqında daha çox uğurlu işlər aparacaq. Bu sahədəki irəliləyişlər səhiyyə xərclərinin azaldılıb,  şəxsə özəl dərman istehsalını də mümkün edəcək.  2025-ci ilə  qədər 36 milyard dollarlıq sərmayesi olacaq "sağlamlıq üçün süni zəka və big data sektorunda “Google”nin filialı “Alphabet”, “Amazon” və “Apple” kimi şirkətlər fəaliyyət göstərir. 

BofA-ya görə xüsusi qida firmaları “Dou Düpon” və “WW İnternational” isə kənd təsərrüfatı gen  düzülüşü, daha sağlam həyat və istehlak vərdişləri inkişaf etdirərək insan ömrünün uzanmasına kömək edəcək.

Xəstəliksiz həyat konsepsiyasının isə 2025-ci ilə qədər 504 milyard dollarlıq bazarı əhatə etməsi gözlənilir. Bu sahədə fəaliyyət göstərən firmalar arasında da “Intuitive Surgical” və “Zimmer”in adları var. 

Illumina, Sangamo, Vertex Pharma və Neurocrine kimi şirkətlərin fəaliyyət göstərdiyi yüksək səviyyəli dərman sektoru isə insanların qarşılaşdığı ən ağır bəzi xəstəliklərə qarşı (alzheimer, xərçəng, parkinson və s.) qarşı  müalicələr tapır. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com