Alkoqol qəbul edən şəxs donor ola bilər? - Həkim AÇIQLADI


Hematoloq Şəhla Şabanova...

alkoqol-qebul-eden-sexs-donor-ola-biler
14.06.2023 20:31 1 dəq oxuma

“18-65 yaş kateqoriyasına daxil olan şəxslər qan verə bilərlər”.

Bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında canlı yayımın qonağı olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, fiziki sağlam olan şəxslər qan donoru ola bilərlər:

“Qan donoru olan şəxslər normal qida qəbul etməlidirlər. Donor olmaq niyyəti olan şəxs bir gün öncədən alkoqol qəbul etməməlidirlər. Bu kimi qaydalara əməl etmək lazımdır. Qidasını, mayesini düzgün qəbul edəndən sonra donor ola bilərlər”.

Oxu.az / TurpKimi.com