Alimlər iman, inamla xəstəliklər arasında əlaqəni müəyyən edib.
Elmi araşdırma dinsiz və imansız insanların daha tez-tez xəstələndiyini sübut edib.
Dindar insanlar Parkinson xəstəliyinə 10 dəfə az tutulur.
Atesistlər, Allaha imanı az olanlar, dinə bağlı olmayanlarda bu xəstəlik daha çox rast gəlinir
Böyük Britaniyanın Birminqemsk universitetinin alimi Abidey Otaiku 2010-2019-cu illəri əhatə edən ən uzun müddətli qocalma layihəsinin məlumatlarını bu mövzuda incələyib.
Bu tədqiqat zamanı iştirakçılar din, ruhi alım, imanla bağlı suallara da cavablar veriblər.
Onların hansı aildə doğulduqları da qeyd olunub.
Könüllülər ayda neçə dəfə dua, dini ayin etdiklərini, hansı kilsə, dini yerləri ziyarət etdiklərini, meditasiya edib etmədiklərini qeyd ediblər.
9700 nəfəri əhatə edən tədqiqatın əvvəlində heç kimdə Parkinson xəstəliyi yox idi.
9 illik müşahidələrdən sonra tədqiqatçılar aşağı dərəcədə dini bağlılıq və imanın beyində ağır xəstəliklər riskini yüksəltdiyini aşkara çıxarıb.
Həyatında dinin heç bir rol oynamadığını, realist və ateist olduğunu deyən insnalarda 10 dəfə çox Parkinson xəstəliyi yaranıb.
"Bu tədqiqat dini inancla Parkinspnin əlaqəsini tapmaqda bir ilkdir. Hazırda dünyada Parkinson xəstəliyinin çox artdığını nəzərə alaraq, çox ölkələrdə dini imanın azalması tendensiyasının artdığını demək olar.
Qeyd edək ki, tədqiqat yalnız xristian dini üzrə aparılıb. (medicina.az)